52. TOYUQ OĞRUSU
Biri toyux oğrusu idi, toyux tuturdu. Daa qojalmışdı. Bir gün qohum-əqraba yığışır ki, bu, pis adətdi, bunu tərgit, daa yaraşmır səə, qocalmısan filan, aylə adamısan, bunu tərgit, çıxsın getsin. Toyux tutmax sənin şəxsiyətə də yaraşmır.
Deyir:
– Yaxşı, bu günnən də tərgitdim.
Gəlir girir damın altına. Bir il keçir, o adamların bircəciyi qapını açıf bir manat uzatmır ki, apar get çörəh al. Qalır ehtiyac içində. Ayrı bir sənəti olmur, sənətini də tərgidif. Nəhayət, məjbur olur bir axşam çıxır səfərə. Bu toyuxları da indi hamı yığır hinə, amma toyux əslində ağajda yatır, lap qışda. Əsas nar ağajında yatallar. Nar ağajının şahı qalın olur, yıxılmır. Bir də incil ağajıdı, çünki budaxlar bir-birinə yaxındı.
Deyir, nar ağajında toyuxlar yatışmışdı. Gündüzdən gedir buranı bəlirliyir ki, toyuxlar burda yatır. Həmişə narı bizdə çəpərə yaxın əkərdih. Çəpəri də qaratikannan çəkərdih. Belə şəldən-şüldən, böyürtkənnən kimdə olsa, deyəllər ki, dul arvatdar belə çəkərdilər. Qaratikannan çəkilmiş çəpər, yaxşı mıxçalanmış, cavan qaratikan, ona yaxın getməh olmur, tikannarı iri olur. Hə... Nar ağacı, toyuxlar da yatıf üsdündə. Bir ildi getmir, sənətini tərgidif, yadırğıyıf. İndi bilmir hardan, nə cür tutmax lazımdı. Söz verif ki, daa oğurruğa getmijəm, indi gərəh elə tuta ki, bilinməsin. Əlini atır toyuğun birinə, “qığıl” eliyif uçur, qalxır yuxarı. O birsi, bu birsi, toyuxları tuta bilmir, hamısı dağılır. Biri düşür yerə, girir kola. Kola girəndə görür bunu. İndi toyux tutannar bilillər, toyuğu tutduxca özunü verir çəpərin dərinniyinə. Deyir, köynəyinin qolunu çiyninətən sivirib polnu əlini salıb kola. Burda, deyir, it hürür. Barmağının uju toyuğun ayağına dəyir. Toyuğun da getməyə yeri yoxdu, daa dirənif. İt hürür, toyux yiyəsi ayılır yuxudan. Ev iki mərtəbəli idi. Tüfəngi, deyir, asılı idi abuşkanın sütununnan. Toyux yiyəsi tüfəngi götürüf yavaş-yavaş enir. Kişi gəlir. Bunu görəndə görür yox, tülkü-zad döylü, adamdı. Tüfəngi asır ağajdan, dəmir yavanı götürür, qoyur çiyninə, gəlir. Bu da başı aşağı çalışır ki, toyuğu tutsun. Durur bunun arxasında əlində də yava ki, duranda yapışdırsın bunun təpəsinə da. Nəhayət, toyuğun bir ayağını çətinlihlə tutur, çıxarır. Belə çönəndə görür ki, toyux yiyəsi dəmir yava da çiynində. Deyir:
– Nağarırsan?
Deyir:
– A başa dönüm, görürsən də nağarıram, niyə soruşursan? Bu zülümnən mən toyux tuturam, bu ağzı göyçəhlər də adımı qoyullar toyux oğrusu.
Dostları ilə paylaş: |