22. CİN HAQQINDA
I mətn
Bizim kəntdə Əliş kişi vardı. O, naxırçıydı. Onun malı gejəynən ayrılar. Yerinnən narahat durufdu. Mal ayrılar mallardan. Abdal-Gülablı çaylağı deyirdilər, bu gedər ora. Görər çaylaxda qəşəh çalan, oxuyan, geyimli-gejimli qızdar var. Deyər:
– Əliş, gəl, Əliş, gəl.
Özüm-özümə dedim:
– Ə, bular məni hardan tanıdı?
Deyir, elə beş addım qalmış dedilər: "Ə, qoymuyun gəldi, üsdündə sancax var". Deyir, "pismillah" deyənnən sora nə çalan, nə oynuyan. Bir çaylaxdı, daşdan savayı heş nə yoxdu.
II mətn
Cəfər Cinni şeytannarın başçısı oluf, ən böyühləri oluf. Şeytannar nə iş görüfsə, onun əmriynən görüf. Kimi gedif tutmalısan, kimi dəli etməlisən, kim suya düşməlidi ancax Cəfər Cinnin əliynən oluf. Cəfər Cinnini başqa bir qəbilə məhv eliyif. Məhv eliyənnən sora şeytannar qalır özbaşına. İki yüz neçə yaşında öldürüflər. Alçax, balaca cin oluf, amma hökmdar oluf, bütün cinnərin başçısı oluf. İnsannara onnan sora cinnər həddinnən artıx çox işgəncə verif. Məsələn, o əgər əmr verməsə, bir cinin belə ixtiyarı yoxuymuş ki, insana, bir bəni-adama yaxın dura. O məhv olannan sora qalıflar başdı-başına. Birini dəli eliyif, birini suya salıf, çox insannara işgəncə veriflər. Hansı peyğəmbərdisə, onu deyə bilmərəm, cinnəri tilsimə salıf.
Dostları ilə paylaş: |