54. PADŞAHIN BAŞ AĞRISI
Padşahın başının ağrısı tutur. Çağırır loğmanı. Loğman baxıf deyir ki, oğrunu tutun, onun başının dərisini soydurun, onun başının dərisinnən dəf düzəltdirin, o dəf çalınsın, sənin başının ağrısı keçif getsin.
Deyir, oğru qaçırdı, görür köhnə bir dəyirmandı. Dönür dəyirmana, görür dəyirmançı unnuxda un təmizdiyir. Tələm-tələsik içəri girir. Deyir:
– Noluf?
Deyir:
– Padşahın başı ağrıyır, loğman deyir bir dəyirmançı tapsın, onun başının dərisini soysunnar dəf qayırsınnar, çalsınnar, onun başının ağrısı kəsilsin.
– Bəs nağarım?
Deyir:
– Tez soyun paltarıı.
Soyunur, – can şirin şeydi da, – paltarını verir buna. Bu da soyunuf tökür, paltarlarını dəyişillər. Dəyirmançının paltarında içəridən çıxır unnu-zaddı buların qabağına. Dəyirmançı da içəridədi ey. Bunnan soruşullar:
– Adam qaçırdı, nejoldu, onun dalınca gəlmişih?
Deyir:
– Dey, dey içəridə.
Özü çıxır qaçır. Dəyirmançı içəridə bu sözdəri eşidir. Dəyirmanın daşdarını xam daşdardan hörürdülər, tilişkəli olurdu. İndi başını döyür o daşdara. Daş, deyir, bunun başının dərisini cırıx-cırıx eliyir.
– Sənnən də olsun, mənnən də olsun, sənnən də olsun, mənnən də olsun – deyə-deyə cırıxlıyır. İndi bular çatıfdılar, tutufdular bunu:
– A kişi, nolufdu, bir dayan.
Deyir:
– Yox, aldada bilməzsiniz.
Görüllər yox ey, cırıxlıyır izana başının dərisini.
– A kişi, dayan, nə sənnən də olsun, mənnən də?
Deyir:
– Kiri, mənim elə başım yoxdu ki, dərisinnən dəf qayrıla, sənin padşahının da başının ağrısı kəsilə.
55. QOŞUNBASAN
Biri ulağı alıf gətirir, quyruğunu-qulağını kəsir, adını qoyur qoşunbasan. Bu ulağı işdətmir. Padşaha xəbər gedir ki, birinin qoşunbasanı var, qulağı yox, quyruğu yox, çox eybəcər bir şeydi, adam qorxur görəndə. Padşah bunu çağırır, deyir ki, o nə heyvandı saxlıyırsan, camaat vahimələnir. Deyir ki, qoşunbasandı. Ölkəmizin üsdünə qoşun gələndə onu basmaxdan ötrüdü. Padşah buna xüsusi maaş ayırır.
Qoşunbasana tumar vurur, sığallıyır, vaxdında gəzdirir, yemini verir. Bir gün ölkənin üsdünə başqa ölkənin padşahı hücuma keçir. Düzü-biyaban boş səhra idi, bərk qırğın gedir burda. Padşaha xəbər gedir ki, qoşunu qırdılar qutardılar, artıx məğlub olursan.
Deyir:
– Ə, kişini tapın, deyin ki, qoşunbasanı buraxsın, camaat qırılır.
Xəbər gəlir ki, qoşunbasan gəlir. Düşmən qoşunu da döyüş gedən zaman maydan at miniflər. Həm qıvraq olur, həm də qaçağan olur, bərk qaçır. Əlaxüsus da, geri qayıdanda çox bərk qaçır. Düşmən qoşunu qayıdır geri, qaçıllar. Qoşunbasan da çoxdandı bağlanmış ulax olur, atın iyini alıf, bilmir hayandadı, başını tutuf düzün ortasında gah bu tərəfə qaçır, gah o tərəfə qaçır. Atın sidiyini, qoxusunu iyliyir. Bular, deyir, qaçıf böyüh bir dərədə gizdənmişdilər. Döyüşçülərdən biri, qoçağı, ürəklisi deyir ki, nə qoşunbasandı ey o, gedim görüm. Gedif, səni, onu vuruf öldürəjəm, nədi o? Qılıncı sivirir gedir. Heyvan görməmiş ulax atı görəndə yüürür üsdünə. Yüürəndə at da ürkür götürülür. Götürüləndə, deyir, bu daldan çatır, sıçrıyır ata. Sıçrıyanda atın üsdündə patron-zad yığmax üçün xurcun vardı. Bunun qabax ayağının biri xurcunun bir gözünə, digəri o biri gözünə düşür, a…... də salıb atın içinə. Nəysə, nəfəsini dərənnən sora düşür, başını dik tutuf yönü günbatan tərəfə. Daa dincəlif da. Gedəndə bu bərk sürür, çatır qoşuna, deyir:
– Əyə, durun qaçın. Sən öl, bir şey gəldi üsdümə, güjnən qaşdım. Elə bir şeydi ki, deyir, kopoğlunun malı ciblərimi yoxladı, gördü ciblərimdə bir şey yoxdu, əlini saldı xurcunu yoxladı, gördü bir şey yoxdu, atın içini də yoxladı.
Bunnan da bitir.
Dostları ilə paylaş: |