4. ONSUZ DA DÜŞƏCƏKDİM
Bir gün uşaxlar oynuyurdular. Bu itdə olan milçəyi heyvanata – ata, yaxud ulağa buraxanda olar çox şıllaxlıyan şeydi. Olarınkın itə buraxanda it dincələn döylü ha. Hər heyvanatın özünün milçəyi var. Bular bir itin milçəyini buraxıllar ulağın bədəninə. Ulax, deyir, soncuxluyur, təpik atır uyza-buyza, Molla yıxılıf düşür. Gülüşüllər. Deyir:
– Nə gülürsünüz, onsuz da düşəjeydim.
5. ARVAD GƏTİRİB
İrəhmətdih Molla Nəsrəddin getmişmiş gəzməyə. Gedif orda-bırda gəzif evə də axşam gej gəlif. Qaynənəsi, arvadı deyif:
– Ay Molla, hardaydın, niyə belə gej gəldin?
Deyif:
– Nə bilim? İlişdim bir arvada, aralana bilmədim, gej gəldim, onu da gətirdim.
Deyiflər:
– Hara qoydun?
Deyif:
– İde, güzgünün dalına. Gedin güzgünün qabağınnan baxın, görükəjəh.
Arvad gedif baxıf, deyif:
– Ay bala, bı mənnən də qoja bir arvad gətirif.
Gəlin gedif baxıf qayıdıf deyif ki, nənə, niyə həylə deyirsən? Mənnən də gözəl bir arvad gətirif.
Dostları ilə paylaş: |