8. QURUMSAQLARIN YOLDAŞI
Biri gəlir Bəhlulun qabağına:
– Bəhlul, mən subayam, nətərəm indi?
Deyir:
– Sən soltannar soltanısan.
Bir müddətdən sora evlənir. Deyir:
– Axı evlənmişəm, indi nətəri oldum?
Deyir:
– İndi oldun kişilərin yoldaşı.
Gəlir deyir:
– Mən nə axmağ adamam. Soltannar soltanınnan gəlif oldum bir evlənməhnən kişilərin yoldaşı.
Hirsdənir, arvadı boşuyur. Deyir:
– Bəhlul, arvadı boşadım, indi nətərəm?
Deyir:
– İndi oldun qurumsaxların yoldaşı.
9. BAŞINI ALDADIB UDURAM
Bir gün Bəhlul Danəndə qoyunnan oturuf şahmat oynuyurmuş. Bını yoldan keçənin biri görür. Deyir:
– Ay Bəhlul Danəndə, bı nədi, heç qoyunnan da şahmat oynuyallar?
Bəhlul Danəndə ağzını diriyir bının qulağına, yavaşca deyir:
– Kiri, kiri, başını alladıf uduram.
Deyir:
– Neçə-neçədi, heç aparmısan?
Deyir:
– İki-ikidi.
Dostları ilə paylaş: |