13. MAYAMA ZİYAN ELİYİR
Bir dəfə Bəhlul gedir tacir tükanına. Görür tacir oturufdu, gözündə də keşmək. Kişmiş, fındıx, noğul, ayın-oyun, hər şey var tükanda. Tacir də oturuf orda, tamaşa eliyir. Çəliyi belə uzadanda deyir:
– Ə, yavaş, gözümü töhdün.
Deyir:
– Gözün görür?
Deyir:
– Hə.
Deyir:
– Bəs niyə olardan yemirsən?
Deyir:
– Vallah, yeyərəm ey, amma mayaya ziyan eliyir.
Deyir:
– Sən ver mən yeyim, qoy mənim mayama ziyan eləsin.
14. MÜSƏLMANLARIN ALLAHI
Bəhlul Harun ər Rəşidin dövründə yaşıyıfdı. Bir gün deyir gömrüh işçiləri yəhidiləri gömrühdə tutullar. Buların malların müsadirə eliyillər ki, siz yahudisiz. Bular da nə qədər eliyillər, xəlifənin qəbuluna girə bilmillər. Kimə deyillər, heş kəs vejinə almır. Deyillər bunu Bəhlula söylə. Gəlillər Bəhlulun yanına ki, biz yəhudiyik. Yəhudi olduğumuza görə mallarımızı müsadirə eliyiflər.
Deyir:
– Darıxmıyın, cuma gününə qədər maa möhlət verin, görüm cuma namazında sizin sözüzü çatdıra bilərəmmi?
Xəlifə cuma namazına gələndə bu da gedir durur xəlifənin düz arxasında. Namazın birinci ayəsi pismillahi-rəhmani-rəhim. İkincisi, əlhəmdulillahi rəbbül aləmin. Bu həmd-səna aləmlərin rəbbi üçündür. Bu da arxada durur. Elə ki namaza başdıyıllar, xəlifə eşidən qədər bir az bərkdən deyir ki, əlhəmdülillahi rəbbül müsəlman. Xəlifə eşidir, amma namazı kəsə bilmir. Qutarannan sora qayıdır ki, o nətər namaz qılmaxdı? Əlhəmdülillahi rəbbül müsəlman nədi? Bir müsəlmannarın allahıdı Allah? Deyir ki, hamının Allahıdı?
Deyir:
– Hə.
Deyir:
– Yəhudilərin də Allahıdı?
Deyir:
– Bəli.
Deyir:
– Bəs xalxın niyə müsadirə eləmisiz malların? Əgər bu yəhudilərin də Allahıdırsa, yəhudi deyə niyə malların müsadirə eləmisən?
Deyir əmr eliyir, gömrüh işçiləri müsadirə elədihləri malları qaytarıf verillər.
Dostları ilə paylaş: |