22. LAHICLILARIN ODUN YIĞMASI
Lahışdılar odun yığmağa gedillər. Buların qabağına odun yüklü ulaxnan bir kişi gəlir. Fikirrəşillər ki, nağarax ulağın beli qırılsın, bu kişi odunu apara bilməsin? Uşaxdı dana. Nağarax, nağarax? Nə yühləsinnər? Söhbətin dediyinə görə, biri bajarıxlı imiş. Deyir:
– Tapdım.
– Nə?
– Paltarımızı soyunax, doldurax torbaya, meşoğa, qoyağ ulağın belinə, sarıyax. Ulağa ağırrığ eləsin, öldürsün.
Paltarrarını soyunullar, yüklüyüllər ulağın belinə odunun üsdünnən. Ulax yiyəsinin də ürəyinnəndi ki, paltardı, aparıf geyinəjəh. Bular da gözdüyüllər ki, ulağın beli bu saat qırıla, bu saat qırıla. Ulax çıxıf gedir, beli qırılmır.
İndi hamısı çılpağ, odun yığıllar. Baxıllar ora-bura. Özünnən deyənin biri baxır, görür ki, hündür bir ağaşdı. Ağacın bir budağı gedif ey, quruyuf, qabığı tökülüf. Ağ buynuz deyillər ona. Oluf ağ buynuz. Fikirrəşir, deyir:
– Mütləx mən o qanadı qırmalıyam.
Qalxır ağaca, qanatnan tuta-tuta gedir, dartır, olmur. Yavaş-yavaş qanadın ujuna gedir, dartır, dartır, genə qanat qırılmır. Geri də qayıda bilmir. Yoldaşının birinə deyir ki, gəl sən də tut mənim ayağımnan, dartax, ikimiz qırax. Bu minvalnan yeddi nəfər olullar, buların yeddisi də tutuflar ordan, sallana qalıflar, qanad da qırılmır. Birinci tutanın əli ağrıyır. Deyir ki, ə, siz mənim ayağımnan bərk tutun. Mən əlimə tüpürüm. Heylə olar yıxılır bir-birinin belinə. Odunsuz-zadsız qayıdıf gəlillər.
Dostları ilə paylaş: |