30. ELƏ TOXUMDU Kİ...
Müharibə illəri imiş. Kənddə qalan qocaları, qız-gəlini yığıb aparıbmışlar kolxoza taxıl biçməyə. İşin arasında oturub dincəlirmişlər. Mehrablı Qızbəsin qızı Növrəstə üzünü biçinçi yoldaşlarına tutub deyir:
– Ay uşaqlar, bu gejə yaxşı bir yuxu görmüşəm. Gördüm ki, bir yerdəyəm, Əzrayıl gəlib canımı almağa. Birdən Sadıq oğlu Əli böyürdən çıxdı, gəlif Əzrayıla nə dedi, nə demədi bilmədim, məni onun əlindən alıb apardı.
Növrəstənin dediklərinə diqqətlə qulaq asan Mürsəl oğlu İsa dedi:
– Aparar baji, aparar. Bu Məhərrəm uşağı elə toxumdu ki, onnarın sözü Əzrayılın da yanında keçər, inkir-minkirin də.
Dostları ilə paylaş: |