23. QARAÇUXA
I mətn
Deməh, burda Əsgər addı bir oğru oluf. Bular çox çalıf-çapıf hər yerdən gətirərmişdər, apararmışdar. Neçə dəfə gediflər at oğurruğuna. Gediflər ki, Hajı Əziz atın içindədi, yapıncısı da çiynində. Hansı ki, bu olmuyuf. Deməh, bunun qaraçuxası oluf. Bu möcüzəynən bular heş vaxt bu atın birini də apara bilmillər. Hansı ki, Hajı Mirəziz burda olmuyuf ey. Zəvvar oluf, Məkkəyə, Mədinəyə adam aparırmış. Ancax bular gedirmiş ki, – atdar dağlarda dəsdə-dəsdə oluf da – gedillər ki, çuxa bunun çiynindədi, əyləşif. Bu yaxın vaxdın söhbətidi ey.
II mətn
Qaraçuxa, elə bilginən ki, gözə görünmür. Bizim kəntdə Keçəl Həsən oluf, varrı oluf. Sovet gələndə qaçıf. Yuxusunda görüf kü, qaraçuxası deyir ki, azarramışam. Durur deyir ki, filan axsax qoyunu-qoçu qurban kəsin. Qaraçuxa da bına deyir ki, axsax qoçu qurban kəsdin, mən getdim tay. Onnan da oların tifağı dağıldı. Qaraçuxa insanın sağlamlığıdı.
III mətn
Bizdə bir Əhmət kişi varıydı. Deyirdi ki, uşağ olanda yaylağa getmişdih. Gejə yuxuda gördüm kü, damımızın üsdündə bir adam yatıf. Oyatdım nənəmi, dedim ki, nənə, o kimdi orda yatıf? Nənəm dedi ki, hanı bala, hanı bala? Demə, mənnən başqa bını heş kim görmüyüf. Dədəm dedi ki, bala, o, adam dəyil, qaraçuxamızdı, yatıf. Sən uşaxsan, paksan deyənə sənin gözaa görükür. Həmən il bizi sürdülər, sovet sürdü. Allah heş kafarın da qaraçuxasını yatırmasın.
Dostları ilə paylaş: |