35. QAZININ BÖLGÜSÜ
Deyir, ölkənin padşahının üç oğlu vardı. Vaxt gəlir, padşah əldən düşür, ölüm yatağına düşür. Oğlannarını çağırır, vəsiyət eliyir:
– Məni yaxşı dəfn eliyin, gələnə-gedənə yaxşı baxın, ağıllı olun, mülkümə yaxşı baxın, dağıtmıyın.
Vəsiyətini eliyir. Biri xəzinəyə gedir ki, harda qiymətdi şey var, onu götürsün, kiçih qardaşı qəbir qazmağa göndərillər. Bu da gedir eşşəh xəndəyinə oxşar bir şey qazır. Ortancıl qardaş gələn-gedəni qarşılıyır. Bu minvalnan kişini yola salıllar. Keçillər kişidən qalma mirası bölməyə. Bölüllər, düz gəlmir. Böyüh qardaş – böyükçülüh də var, – birinci bu gəlifsə, bu da qazanıf da. Soradan gələnnən bu bir döylü axı. Beş yaş o birilərinnən yekədirsə, beş yaş artıx qazanıf. Qoyuna gedifsə, beş quzu əmələ gəlif da bir qoyunnan, böyükçülühnən əlaqədar olarax böyüh qardaş özünə çox pay götürür. Ortancıl deyir məə də çox düşməlidi, kiçih deyir bəs mən nətər, filan. Bölə bilmillər. Çox götür-qoy edillər, buların böyüyü-kiçiyi yaxın gəlmir, buların bölgüsünə şərih olmur, bulara köməh eləmir. Nəhayət, qərar verillər ki, getsinnər qazının yanına, qazı bölsün. O vaxdı bölgünü qazı bölərmiş. Gəlillər qazının yanına. Qazı deyir:
– Xoş gəldiniz, beş gəldiniz, kimsiniz, nəçisiniz?
Deyillər, filan padşahın övlatdarıyıx, atamızdan qalan mirası bölə bilmirih aramızda, xayiş edirih onu bizə bölüf verəsən.
Deyir:
– Hə, başınıza dönüm, sadalayın görüm atanızdan sizə nə qalıf?
Başdıyıllar sadalamağa. Atamızdan bizə bir at qalıf, bir xəli qalıf, bir tapança qalıf, bir dəhrə qalıf. Bütün nəyi varsa, hamısını sadalıyır, sadalıyır, sadalıyır. Qutaranda deyir deyin. Deyir:
– Hə, qutardıx.
Başdıyır indi qazı bölməyə. Qarabağda danışılana görə bütün haça dilli atdar Şirvan zonasında oluf. Bu atdar ceyranı quzu kimi tuturmuş, yorulmax bilmirmiş, ceyrannan bərk qaçırmış. Nişanalarını deyirəm: ayaxları səkilli olur, uzun biləh, haça qulax, boynu nazik. Elə bu əlamətdər arıxlığı bildirir da. Deyir ey, dil nazik, bel nazik, tel nazik, denən bir quru cəsəddi da. İndi onun sözü olmasın, bu əlamətdər onun arıxlığını bildirir, amma bərk qaçan olufdular. Hətta deyillər hər qoçax onun üsdündə dura bilməzmiş. İndi gör bu atı qazı nə günə qoyur. Deyir:
– Şirvanski dayça – endirdi təmiz, təmiz qiymətdən saldı, – amerkanski tapança, iranski xalça, – xəlini xalçaya çevirdi, – qazı paluçayetsya.
Seşdi içinin yekələrini götürdü özünə. Hakk alır da, daa havayı bölmüyəjəh ki? İndi yetimin payını verir.
– Xorratski nehrə, – fikir ver ey nə boydadı bu, – dülgərski cəhrə, kuzniçeski dəhrə yetim paluçayetsya.
Gör yetimə nələr verdi. Bu, nəyə gəlir? Bir növ təlimdi ki, malını özün böl. Qarabağda deyillər ki, özgənin itirdiyi malı özgə bayatıynan axdarar. Tapar tapar, tapbaz ona əsər eləməz. Gərəh özün axtarasan malıı. Bu da ona bənziyir. Malı bölə bilmədin, qazı da seşdi yarıyannarını özünə götürdü, içinin çürüyünü verdi səə.
Dostları ilə paylaş: |