36. MOLLA SƏNİN DAYINDI Deyir, donuz dadanmışdı mollanın çəltiyinə. Bu söhbətdər indiki mühitə uyğun gəlir. Çəltiyə dadanmışdı. Çəltiyi molla yığırdı dəyəyə. Xam donuz gəlirdi bu vaxtdarı, uçuruf çəltiyi yeyif dağıdırdı. Molla bir dəfə, iki dəfə, gündüz oranı hörüf qayıdırdı, gejə donuz gəlirdi. Bu minvalnan tamam mollanı donuz cana yığır. Molla arzuluyur ki, mən nağarım bu heyvannan hayfımı alım. Daa çəltik mındarranıf çıxıf sıradan. Ağlına gəlir ki, bir quyu qazım, donuz gəlsin düşsün quyuya. Onda donuzdan hayfımı alım. Belə də eliyir. Deməh, o donuz haranı uçuruf gəlirdisə, onun içəri üzünnən dərin bir quyu qazır. Quyunun üsdünə qarğı çöplərinnən düzür, üsdünə də azacıx küləş atır. Donuz gəlir içəri keçəndə təpəsi üsdə düşür quyuya. Molla səhər gəlir görür ki, donuz quyuda. Hirsdi adam, ajığı tutmuş, ambarı dağıdıf. Donuz nağarsın? Götürür qarğıynan belə vurur, qarğı çatmır. O biri qarğını götürür vurur, çatmır. Qarğı nağarajax donuza. Birini də götürür vurur, ucu toxunur donuza. Donuz, xam donuz, xortulduya-xortulduya quyunun dibində dairə vurur, xortulduya-xortulduya, səs eliyə-eliyə. Molla bir də gətirir yoğun qarğı. Belə yendirir, vuranda çatmır. Bir az irəli durur vursun, çatmır. Bir az irəli durur, vuranda mollanın ayağı sürüşür, düşür quyuya, donuzun yanına. Donuz xortulduyur, cumur mollaya. Molla deer ki, – bayax dediyini demir, – indi deer ki, ay Allahın halal heyvanı, nə xort-xort edirsən. Molla sənin dayındı. O anbarda nə qədər çəltih varsa, hamısı sənin payındı. Nə xort-xort edirsən, ay Allahın heyvanı. Yazıx molla.