37. MOLLA İTƏ DUA YAZIR
Bir çoban olur, mollanı sınamağ üçün deyir: "Molla dayı, üzdən irax, mənim bir köpəyim var, onu sağaltsan, əmliyi verəjəm saa". Mollanın da tamaxı iti olur. Dua yazır itə. Deyir ki, sən günahımnan keç, günaha yazma, Allah.
Gözüm düşdü çobanın ətinə,
Dua yazıram itinə,
Allah, sən günahımnan keç.
Belə yazır. Deyir:
– Əmliyi ver.
Deyir:
– İt sağalajax?
Deyir:
– Hə, sağalajax.
İt sağalır. Mollanın ətə tamahı düşüb, itə dua yazıf.
38. XƏRCİN-XURCUN NƏ ÇIXIR?
At ölmüşdü, aparıf yiyəsi tullamışdı çölə, dərənin birinə. Arığınnan ölmüşdü. Quşdar gəlillər indi bu leşin üsdünə. Dartışdırır kim nə bajarır yeməyə. Quşdar yeyillər. Ala qarğa özünü doyurur, saxsağan da doyur. İndi çıxıllar belə, leşdən beş-on metr aralanıllar, özdərini havaya verillər. Qarğa qənətdərini belə çalır, deyir:
– Arrrıxdı, arrrıxdı.
Saxsağan da qayıdır ki, xərrcin-xurrcun nə çıxır, xərrcin-xurrcun nə çıxır.
Yəni pul verirsən? Müftə şeydi də, yeyirih. Nağarax arıxdı. İndi lətifəsi bizdən uzax. A kişi, müfdə yerə danışıram. Sən məni elə bil imtahan eliyirsən.
Dostları ilə paylaş: |