40. KİŞİSƏN, STOLUN HAQQINI VER
Pulu yoxdu birinin, bərk də ajmışdı Bakı kimi yerdə, şəhərdə. Fikirrəşir, yürünür, yürünür, pulu yox, ajıf özü də. Resdoranın iyi vuruf, dayana bilmir. Deyir:
– Əşi, gedif doyunca yeyəjəm, onsuz da döyuf buraxajaxlar dana. Da nəyim var, nə alallar?
Gəlir elə içəri girəndə yeməhləri mənim kimi yeməmişdi ey, adını da bilmirmiş. Oturan kimi afisiant gəlir.
– Nə isdiyirsən?
Deyir:
– Bax bu camaat nə yeyir onnan məə də ver.
Ə, camaat kefi kök adamdı, oturuf burda, qonaxlıx, konyak, arax, kabab, lüləsi, qarışıf bir-birinə. Nə varsa stalovada afisiant hamısınnan yığır bura. Bu başdıyır həzin-həzin yeyir, yavaş-yavaş təhcəjə yeyir. Fikirrəşir ki, nağarsın, bunun axırı nolajax. Trup deyincə yeyir ey. Tamam yeyir, araxdan, konyakdan da vurur. Doyannan sora qalxır ayağa, əlini vurur stola, deyir:
– Ə, nejə burda bir kişi yoxdu ey, ə – deyəndə stalova da dolu adamdı da. O, bunun üzünə baxır, bu, onun üzünə baxır.
– Ə, bu nə axmax danışır? Kişi yoxdursa, burdakı camaatın hamısı kişi döyül?
Nəysə, indi heş kəs cürət eliyif deyə bilmir ki, ə kişi, nə danışırsan sən. Bu bir də əlini vurur stolun üsdünə.
– Ə, nejə burda bir kişi yoxdu ey?
Bir oğlan qalxır, gəlir deyir:
– Kişi, əməlli danış, nejə yanı kişi yoxdu ə?
Deyir:
– Var, ay oğul?
Deyir:
– Niyə yoxdu ki?
Deyir:
– Hanı?
Deyir:
– Mən.
Deyir:
– Kişisən, babanın stolunun hakqını ver da.
Hindi bu sözdən sora kim vermiyə bilər?
Dostları ilə paylaş: |