41. QIRQOVUL DEYİB YEYİRƏM
Deer, ovçu ovdan gəlirdi. Bütün günü piyada gəzmişdi qoşalülə tüfəh çiynində. Çox yürünür, yürünür, əlinə ov keçmir. Nəhayət, qayıdır gəlir. Düzü-biyabandı, aşağı düşürdü, deyir. Bərk ajmışdı. Baxıf görür ki, yeri şumluyufdular. Taxıl səpiflər, qarğa gəlif tökülüf, ala qarğa. Qarğaların da növü var ey. Qara qarğa, ala qarğa, dul qarğa. Qara qarğa yeməlidi, yeməh olar. Hə. Ala qarğa gəlif tökülür. Tüfəyi hərriyif atır, qarğanın biri qalır. Bunu götürür gəlir. Görür ki, belə sahənin qırağında nazik su axır. Fikirrəşir, daa yeriyə bilmir, bərk ajmışdı. Deyir:
– Elə bunu təmizdiyim suyun qırağında, yuyum-eliyim başını-gözünü. Şahtikannan-zaddan ojax qalıyım, bunu kabab eliyim, yeyim.
Deer, qarğanın başını kəsir. Tükünü-zadını yolur tökür, qarnını yarır, içini çıxardır. Ətini təmizdiyir, yuyur eliyir. Şahtikan çöpünnən belə şişdər qayırır. Şahtikan yığır gətirir bir xeylax, ojax qalıyır. Başdıyır indi tikələri xırda-xırda kəsir taxır şişə, ojağa tutur, bişirir. Başdıyır yeməyə. Bu vaxt başqa bir ovçu gəlir. Bu da başqa səmtdən gəlirmiş. Görür ki, suyun qırağında ala qarğanın ayaxları, başı, tükü. Bu da kabab bişirir burda. Deyir:
– Ə, nağarırsan?
Deyir:
– Kabab bişirirəm.
Deyir:
– Nədən?
Deyir:
– Ə, gəlirdim, sən ölmiyəsən, bir dənə qırqovul çıxdı, atdım, çox idilər, qaşdı getdi, biri qaldı. İndi onu bişirif yeyirəm.
Dedi:
– Hanı ə, qırqovul?
Dedi:
– Ə, deynə, ayağı-başı orda. İndicə kəsmişəm, heş tullamamışam.
Deyir:
– Qırqovul nədi, ala qarğadı ey o.
Deyir:
– Ə, sən ala qarğa bil, mən qırqovul deyif yeyirəm. Ad qoyulanda orda idin?
42. DEYİNGƏN ƏR
Kişi, deer, həmişə arvadını töhmət eliyərdi. Töhmət, deyir, bu olardı ki, yeməhləri bəyənməzdi. Yarpax dolması bişirərdi, deyərdi bunun göyünü çox yekə doğramısan, ya ayranı çox turşdu. Bir günnəri ət alır gətirir. Arvad gətirir bozbaş bişirir. Kişi deyir:
– Aaz, mən bozbaş yemijeydim, bunu sən niyə kabab eləməmisən?
Gələn dəfə alıf gələndə kabab bişirir. Deyir:
– Yox, ey. Aaz, mənim ətimi tərg eləmisən, mən kifdə yeyəjeydim.
Üçüncü dəfə, deyir, gələndə kifdə bişirir. Deyir:
– Əşi, yox ey, mən qourma yeyəjeydim.
Belə-belə kişi arvadın təmiz canını yığır boğazına. Bir gün kişi ət alanda arvat qərar verir ki... Tərəziyə qoyulan ətin dini-bərəkəti də olmur. Yekəxana olmasın. Tərəziynən çəkilmiş ətdi da, yarım kilo, bir kilo, çox olsun iki kilo, alıf gətirif. İndi arvat bütün bişmişdərin hamısınnan bişirir ki, kişi hansınnan desə, ona versin. Hazırrıyır. Bütün bişmişdər hazırdı. Evi də süpürür, qab-qacağı silir, abışkanın şüşələrini silir. Nə varsa, təmizdiyir, süpürür. Görür kişi gəlir. Girir içəri, yan döşəyini salır. Yan döşəyi uzun döşəhdi. Mütəkgəni qoyur, yasdığı qoyur, kişi yaxşı uzansın. Ev-eşiyə baxır, hər şey səliqəli, qaydasında. Elə kişi seyvanda ayakqabılarını çıxardır ki, içəri daxil olsun. Arvat çönür belə, görür – körpə uşax var idi, – uşax palazın küncünə təzəh qoyuf. Daa götürməh mümkün olmur, kişi gəlif çatıfdı. Palazın qulağının birini qatdıyıfdı üsdünə. Kişi gəlif keçir, gedir oturur. Oturan kimi arvad surfanı salır, bozbaşı gətirir.
– Yox ey, mən qourma yeyəjeydim.
Qourmanı qoyur.
– Yox, mən kabab yeyəjeydim.
Kababı qoyur. Bütün bişmişdərin hamısının adını çəhdihcə qoyur surfaya. Kişi hirssənir hindi. Söz tapbır deməyə. Nətər çaşırsa, ağlını Allah alır, özünnən asılı olmuyarax deyir:
– Yox ey, mən p.. yeyəjeydim.
Deyən kimi arvad palazın qulağını açır:
– Bu da p.., a kişi, yeməh isdirsən, ye.
Dostları ilə paylaş: |