44. MƏNİ SUYA APARIN
Bir nəfər özünü çoxbilmiş hesab eliyir. Bədbaxlıxdı da bu. Qarşısındakını savatsız, biliksiz hesab eliyir. Bu savatsız, qammaz adamların işidi ki, qarşısındakını zəyif hesab eliyir. Mənim düşündüyüm belədi. İnsan odu ki, qarşısındakını, lap savadsız da olsa, aciz adam da olsa, özünnən usdün tutmasın. İndi isdiyir ki, bunu alçatsın. Deyir buna bir sual verəjəm, görüm o suala nejə cavab verəjəh. Bildiyi bu imiş ey. Özünü çoxbilmiş hesab eliyir, amma əslində heş-zad bilmir. Deyir ki, ay yoldaş, sənnən olar bir söz soruşum.
Deyir:
– Gözəl olar.
Deyir:
– Mən susamışam, isdiyirəm bir az mədəni danışım. Nə cür danışım? Deyim mana su gətirin, yoxsa mən su işməh isdiyirəm.
Deyəndə deyir:
– Heş birisi mədəni olmaz onun.
Deyir:
– Bə nə cür deyim?
Deyir:
– Hamısınnan yaxşısı odu ki, deyəsən ki, məni suya aparın.
Dostları ilə paylaş: |