24. TAXTIM TAXT OLUNCA, BAXTIM
BAXT OLSUN
Qaraçuxasız adam olmaz. Qaraçuxa sənin çuxandı. Qaraçu-xasız adam yoxdu. Yatırsan, birdən görürsən ki, yatdığın yerdə səni çağırıllar:
– Filankəs, filankəs.
O, sənin qaraçuxandı. Sən gərəh qorxmuyasan. Çıxırsan, görürsən yoxdu. Qaraçuxan həməşə sənə dayaxdı, həməşə səni qoruyur. Qaraçuxa odur. Qaraçuxasız adam olmaz.
Biri əvlənif, aldığı qız çox çirkin oluf. Qız deyif ki, ay Allah, mənim yoldaşım gözəl, göyçəh bir oğlandı. Vallah, mən ayrılajam ee bınnan. Məni bı onsuz da saxlamıyajax. Bı, yoldaşı yatannan sora duruf gedif. Görür bir gözəl-göyçəh qız gəlir qabağına. Deyif:
– Bəxtəvər başaa sənin. Bına bax ee, Allahın altında bının yarısınatan gözəl oleydim.
Bir də baxmır, gedir arxın qırağına. Deyir:
– Sənin baxdın mənəm, sən yoldaşının gözünə bı donda görükürsən, mən donda görükürsən. Sənin baxdınam mən.
İndi onu deyillər ki, taxdım taxd olunca, baxdım baxd olsun. İndi sənin yoldaşını heş kim bəyənməsin ha, amma sənin gözündə elə bilirsən, birliyantdı. Hər küşdənin özünün baxdı var, taleyi var. Qaraçuxasız adam olmaz. Qaraçuxa həməşə adama dayax durur.
Dostları ilə paylaş: |