53. MƏNİ GÖRƏNDƏ LAL OLURSAN
Bir çoban gəlir məclisə. Görür kü, bir molla kitab oxuyur. Bir kitab da bı alır aparır örüşə. Açır qoyur qabağına, deyir:
– Danış.
Hər nə qədər eliyir, kitab bınnan danışmır. Durur kitabı qoyur qabağına, başdıyır döyməyə, deyir:
– Mollanı görəndə fitil-fitil ötürsən, məni görəndə lal olursan?
54. DAŞ DİLLƏNƏNDƏ SƏN DƏ DİLLƏN
Qız köçürəndə anası bının cibinə daş qoyur, deyir:
– Bı daş dillənəndə sən də dillən, yəni söysələr də, döysələr də dinmə.
Köşdüyü evdə nə qədər eliyillər bı dinmir. Elə bilillər qız laldı. Bılar dağa gedəndə bı qızın ərini təzədən əvləndirməh isdiyillər, qızın üsdünə günü gətirillər. Qızın da bınnan xəbəri yox. Bir də görür kü, toynan atın belində bir qız gətirillər. Bı da ojağın üsdə süd qoymuşmuş. Bını görəndə südü götürməh yaddan çıxar. Bını da atın belində olan günü görür, deyir:
Lalım, karım, mürdəşirim,
Südün daşdı, dur, götü.
Axır ki, qızın dili açılır, yəni dinir, cavab verir, deyir:
G….. yəhər qaşında,
Gözü ojax başında,
Zirəhsənsə, gəl götür.
Görüllər ki, ə, bı qız lal, kar, kor dəyil. Bına deyillər ki, bala, sən niyə danışmırdın? Deyir:
– Bəs belə-belə, anam belə demişdi.
Tay, təzə gəlini qaytarıllar geriyə.
Dostları ilə paylaş: |