55. RƏİYYƏT OĞLUNA GEDİB OYNUYA-OYNUYA GƏZ
Bir naxırçı qızı olur. Gözəl olur. Bir günü bını bir şah oğlu görür. Şah oğlunun bına tamahı düşür. Gəlir qıza deyir ki, səni almax isdiyirəm. Qız bına deyir ki, get bir həfdədən sohra gələrsən, cavab verərəm. Ona kimi mən qonşumnan məsləhətdəşərəm. Şah oğlu gedir, bir həfdədən sohra gəlir qızdan cavab almağa. Qız şah oğluna deyir ki, səninkiynən mənimki tutmaz. Şah oğlu soruşur ki, niyə?
Qız deyir:
– Qonşum dedi ki, şah oğluna gedif qısıla-qısıla gəzməh-dənsə, irəhət oğluna get, oynuya-oynuya gəz.
Dostları ilə paylaş: |