Dağyunusun xəzinəsi. AT 671 (Kişi quş dili bilən oğlunun köməyi ilə qəjirlərdən Dağyunusun xəzinəsinin yerini öyrənir).
Kor canavarın qisməti. AT 834 A (Qoyunun öz ayağı ilə kor canavarın yanına gəldiyini görən çoban öz qismətinin də ayağına gətirilməsini istəyir; arvadı meşədən qızıl tapır; qonşu qızılları oğurlayır, küpün ağzını açanda içindən arı çıxır; küpü çobanın evinin bacasından içəri boşaldır, içindən qızıl tökülür).
Fərasətli qardaşlar. AT 950 (Padşah xəzinəni yarmış oğruları axtarır; onların atalarını öldürüb darvazadan asdırır, qızıl yüklü dəvəni yiyəsiz çölə buraxır və s. amma yenə də oğruları tuta bilmir).