Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə43/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   39   40   41   42   43   44   45   46   ...   266
48. YERİN-GÖYÜN AĞIRLIĞI
I mətn

Bir gün canım qurban olan dünyanın ağırrığını yığır bir dağa­rın içinə. Yolun qırağında da bir qoca qadınmı, kişimi oturuf. Görüf ki, canım qurban olan Əli Düldülün üsdündə gəlir. Deyir:

– Ay Əli, bı dağarı qaldır kürəyimə.

Bı da Zülfüqarı Düldülün üsdünnən ilişdirir dağara. Qaldır­mağ isdiyəndə dağar qalxmır. Bir də eliyir, görür dağar genə qalx­mır. Düldüldən düşür. Dağarı götürür, dağar qalxmır. Qışqırır, diz­dərinətən batır yerə, dağarı qaldırır. Dağar dəyil ey, yerin-göyün ağırrığıdı, amma dağar şəklindədi. Orda canım qurban olanın göz­dərinə qan damır. Ona görə də ona qırmızı göz Əli deyillər. Gö­rüllər ki, dizdərinətən batdı torpağa, amma dağarı qaldırdı.



II mətn

Deyir, bı Urusdamı-Zal öz quvvasına çox güvənirmiş. Cama­atı da incidirmiş dayna kefinə düşəndə. Bını bı qurban olduğum Həzrət Əli eşidir. Gəlir əlində bir dağarcıx, özü də qoja qarı şik­lində oturur bir yolun qırağında. Bilir ki, Urusdam bir azdan burdan gəlif keçəjəh. Görür bıdı, Urusdamı-Zal atın belində gəlir. Gəlif bının yanınnan keçəndə deyir:

– Bala, bala, bı torbanı qaldır mənim kürəyimə, güjüm çatmadı. Qoy bını kürəyimə.

Urusdam elə atın belinnən ağacı ilişdirir bının dağarcığına ki, bını qaldırsın. Qaldırmağ isdiyəndə qalxmır. Qalır məhətdəl. Atdan düşür, iki əlli yapışır dağarcıxdan. Nə qədər eliyir, tərpədə bilmir. Onda qurban olduğum özü yavaşca torbanı götürür, atır dalına, düzəlir yoluna. Urusdamı-Zal qalır məhətdəl ki, bı nətər oldu? Bı qaldıra bilmədi balaca bir torbanı, amma bı qarı qaldırdı onu. Qalır məhətdəl ki, o qarı kimdi, o torbadakı nədi? Ta bilmir ki, o canım qurban olan Əlidi. O torbadakı da yerin-göyün ağırrığıdı. Yəni Urusdama demək isdiyir ki, özüü hamıdan güjdü bilmə. Urusdam da bını başa düşür dayna, tay özünü yaxşı aparır.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin