Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə5/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   2   3   4   5   6   7   8   9   ...   266
5. ALLAH BƏRƏKƏT PAYLAYIR
Deyillər ki, Allahın yeddi bərəkəti var. Onun birini kəndə verif, altısını şəhərə. Ona görə kənd əkib biçir, şəhər də kəndə ba­xır, kəndin əlinə baxır, tərəziyə baxır. Deyif ki, elə qoy buna verim ki, tərəziyə baxır. Qoy aldığının bərəkəti olsun.
6. KARVANQIRAN ULDUZU
İki ildız var. Biri dan ildızıdı, dan ağaranda, səhər ertə çıxır. Bi­ri axşam tərəfi torannıyanda çıxır. Ona da karvanqıran deyillər. Kar­vanqıran ona görə deyillər ki, irəli bı texnika-zad azmış da, elə bil­ginən ki, uzax yol gedən, səyahət eliyən, alverə gedən dəvəynən gedir­­miş, atnan gedirmiş, dəvə karvanıynan. Karvanqıran doğur, elə bilil­lər ki, dan ildızıdı. Duruf düşüllər yola. Kəntdən bir xeyləh arala­şan­nan sohra qar-çooğun başdıyır. Bılar isdiyir ki, ojax-zad qala­sın­nar. Biz çərən deyirih, çaylaxda-zadda bitir. Bı çərənnən yığıf isdi­yil­lər ki, bınnan ojax qalıyalar. Nə qədər eliyillər, yanmır. Yağıf isdanıf axı. Özü də çətin yanan şeydi. Kəsəsi, karvan, elə bil ki, qırılır, çavğına düşür. Ona görə də onun adı Karvanqırandı. Dan ildızı hesab edif əvdən çıxıflar, yolda da düşüflər çavğına, qırılıflar. Belə eşitmişəm.
7. ÜLKƏR ULDUZU
Ülkər ildızı dörd öküzdü, bir cütcüdü, bir cərgəfçidi. Altı ildızdı. Ona heylə deyillər. Ona Ülkər deyillər.

Yaz qəhət gəlif. Allah nəhlət eləmiş gavırda ot varmış. Bir mü­surman çobanın da otu qutarmışmış. Çoban gedif ot isdiyif. Deyif:

– Qızıı ver maa, saa ot verim?

Deyif:

– Yaxşı.


Axşam gəlif bını qızına deyif. Qızı da bına qəmgin oluf. Götürüf çobanın çomağını atıf əynə. Axşam duruf çölə çıxıf, görüf ki, Ülkər ildızı çıxıf. Deyif:

Aşıx, yaza nə qaldı?

Sındı saza nə qaldı?

Ülkər yana sallandı,

Görün yaza nə qaldı?

İndi obaşdan qız duruf görüf dan ulduzu doğuf. Deyif:

Mən aşığam, ay haray!

Ülkər batdı, ay haray!

Dan ildızı baş verdi,

Ayrılıxdı, ay haray.

Qız axşam bı sadanı çəkir, obaşdan da bı sadanı çəkir. Qız gedif yatır. Obaşdan duruf görüflər ki, ot qalxıf ağılın başına. Çoban da axtarıf, ağacı düşmüşmüş otun içinə, tapmıyıf. Allah-tala bir bar töküf, bir ot töküf, qızın o iki nalasıynan. Allaha üz tutuf dayna, Allahı çağırıf. O qız gavıra qismət olmuyuf. Qoyun gedif otduyuf, qız da qalıf dədəsinin əvində.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin