60. QOCAYA EHTİRAM
Cənab Əli səhər namazına gejihmişdi. Peyğəmbər buna sual eliyif ki, səhər namazına niyə gejihmisən? Namaza gejihməy olmaz. Deyir:
– Ya peyğəmbər, səhər yola çıxanda yəhudi millətinnən bir pirani qoca elə qocalmışdı ki, bərk yeriyə bilmirdi. Mən ona nə bərk yeri deyə bildim, nə də qabağına keçə bildim. Ona görə gejihmişəm.
61. İNŞALLAHSIZ İŞ OLMAZ
Hər bir işin başı var. Başdıyanda gərəh “inşallah” deyəsən. İnşallahsız iş olmaz. Nejə ki, surfanın başı, axırı olur. Başı bismillah olur, ayağı da əlhəmdullah olur. Gərəh surfanı yığışdıranda bir əlhəmdullah deyəsən.
Quşdar hamısı deyir: "İnşallah, səhər, Allah qoysa, uçajayıx". Toyux da o tərəfdən qayıdır deyir ki, Allah qoysa da uçajam, qoymasa da uçajam. Səhər açılır, quşdar uçur, toyux uça bilmir. Cəzalandırdı da Allah onu. Onun o sözü Allaha xoş getmədi.
Genə biri gəlir bir gün peyğəmbərin yanına, deyir:
– Ya peyğəmbər, mənim bir sualım var, ona cavab ver.
Deyir:
– Buyur.
Оrda оnа bir sual verir, bilmirəm day onu. Peyğəmbər baxır ki, bu sualın cavabı ona agah dəyil, bını bilmir. Bına deyir ki, get, sabah gələrsən, sənin sualaa cavab deyərəm. Fikirrəşir ki, bı gejə bına agah olajax. Day inşallah-zad demir ha. Səhər açılır, kişi genə gəlir. Gəlir sualına cavab isdiyir. Peyğəmbər baxır ki, bı sualın cavabı bına agah olmadı. Bı səfər də deyir ki, get, sabah gəl, deyərəm. Genə inşallah demir. On beş gün keçir. Axırda üzünü tutur Allaha ki, ya Allah, axı mən bı adamın yanında biabır oldum, mən neyniyim? Bı sualın cavabı maa agah olmadı. Onda bına səda gəlir ki, ya peyğəmbər, sən axı demirsən "get, inşallah, sabah gəl, deyərəm". Orda da peyğəmbər səyfini başa düşür.
Dostları ilə paylaş: |