III mətn
Bıların mədrəsələri oluf Çələbilər kəndində. Mədrəsənin yatıf-duracağı oluf. Mədrəsəni qutaran adam imtahan verirmiş. İmtahannan kəsilən adam ikinci il orda imtahan verə bilməzmiş, üzgörənnih olar, yazığımız gələr deyənə. Gedif Qumda, Bağdatda, Nəcəfdə, Türkiyədə imtahan verməliymiş. Bir nəfər imtahan verir, kəsilir. Bını yolluyullar Türkiyəyə. Gedər orda bir il oxuyar, imtahan verər. Bəri gəlməh isdiyəndə Birinci Dünya Müharibəsi başdıyar. Gələ bilməz, ara kəsilər. Gözdüyər, müharibə qutarar. İsdiyər gəlsin, Azərbaycanda Sovet hakimiyyəti qurular. Bir üş-dörd il gözdüyər ki, bırda Sovet hökuməti dağılajax, gələjəh bıra. Sovet hökuməti də dağılmaz. Üç il Türkiyəni gəzər. Ordakı çələbiləri tapar. Başdıyar oların yanında yaşamağa. Adanada yaşıyar. Sovet hökuməti dağılan vaxdı onun oğlu gəlir bıra. Bırda onu bir az həbsdə saxladılar. Sora icazə verdilər ki, getsin Hajı Qaramanı ziyarət eləsin.
IV mətn
Çələbilərin Sovet hakimiyyətinə münasibəti belə oluf ki, bilirsən, elə münasibətdər var ki, oları deyə bilmirih. Deyəndə də çətinnih çəkirih, demiyəndə də çətinnih çəkirih. Müsavatçılar həmişə Hajı Qasım Çələbinin yanına gəlirmiş. Xan Xoyski, Nəsib bəy Yusifbəylinin özü dəfələrnən Hajı Qasım Çələbinin yanında olufdu. Həmən Nəsib bəy Yusifbəylinin özü Ağdaş çələbilərinnən olufdu. İki dəfə Məhəmməd Əmin özü olufdu çələbilərin yanında. Ermənilərnən danışığa gediflər. Mənim atam Nəsib bəy Yusifbəylinin yanında dəfələrnən ermənilərnən danışığa gediflər. Üç ay danışıxlar heç bir nəticə vermiyif.
1923-cü ildə Hajı Qasım Çələbi Sovet hökumətinnən qaçıf o taya köçən adamları yığıfdı Araz Maşannı* kəndinə. Nə qədər ki, Hajı Qasım Çələbi sağ olufdu, bulara toxunmuyuflar. O taya keçən adamları çağırıf bəri taya, Araz Maşannıda yığıf başına. O, həmin adamların qabağında çıxış eliyif. Sərhəd kəntdərinin hamısı boşalmışmış, hamı getmişmiş. Deyif ki, ay camaat, sizin kəntdər boşalıfdı, bu qəzada adam qalmıyıfdı. Bu boş kəntdəri Sovet hökuməti boş qoymujaxdı, əhaliynən doldurajaxdı. Erməniləri yerrəşdirəjəhlər bıra, bu torpaxlar erməni torpağı olajaxdı. Deyif mən sizi ona görə qaytarmışam ki, qoy bura bizim torpaxlar kimi yaşasın. Amma əlli il, yüz il bunnan sora burdan çıxsaz, genə Azərbaycan torpağı olajaxdı. Deyir, mən sizi qaytarmamışam ki, siz burda kef çəkəssiz, bu hökumət sizə yaxşı baxajax, yaxşı şərayit yaradajax. Yox, bular olmuyajaxdı. Mən bilirəm ki, siz Kərbəla müsibəti çəkəssiz burda. Kərbəla müsibəti bunun yanında muşduluğ olajaxdı. Kim Kərbəla müsibətini torpax xatirinə qəbul eliyirsə, qalsın burda, yaşasın. Nə qədər ki mən sağam, sizə toxunmuyajaxlar. Mənnən sora Kərbəla müsibəti başıza gələjəh. Kim maa söyəjəhsə, – ona görə Arazın qırağına toplamışam ki, haman Arazdı, uşaxlar da kömək eliyəjəh, addıyasız o tərəfə, – indidən getsinnər. Deyillər, bir-iki adamnan başqa hamı qalıf.
Sora oğlannarını durğuzuf ayağa. Yasinə deyif ki, Yasin, sənin yerin-yurdun bilinmiyəjəh. Alı Çələbiyə də deyif ki, səni də gülləliyəjəhlər. Mənim anama kimi deyif ki, axırız nətər olajax. Sora müsibət vaxdı “Çələbi, bizi bırda niyə saxladın” deyənnər də olufdu. Elə dediyi kimi də oluf. O ölənnən bir az sora çələbilərin qırdıxlarını qırdılar, qalannarını da sürgün elədilər Sibirə, Qazağısdana. Oğlannarının da ki, axırı heylə oldu. Yasin Çələbini sürgün elədilər, Alı Çələbini də güllələdilər. Oğlannarınnan, deyillər ki, Alı Çələbi çox sərt adam olufdu. Adamın günahını düz gözüün içinə deyirmiş.
Bular musiqinin əleyhinə getmiyiflər, qəbul eliyiflər musiqini. Amma Hajı Qasım Çələbi də, böyüh Alı Çələbi də musiqidə rəqs etməyi, zikr olunmağı, rəqs eliyif coşmağı qadağan eliyiflər. Zikri Hajı Qasım Çələbidən sora qəti qadağan eliyiflər.
V mətn
Gəlif yaylax yoluun üsdündə bir evdə qalıf, Əhməd addı bir kişinin evində. Bular bunu qonax eliyiflər. Gejə görür ki, pərdənin arxasında nəsə narahatçılıx var. Bular da isdiyirmiş qonağa yaxşı olsun, o, nəsə hiss eləməsin. Deyif ki, orda kimdi zarıyan, niyə zarıyır o? Deyir, bular da boyunnarına almıyıflar ki, xəsdəmiz var. Demə, bu evdə də xəsdə, şikəst bir qız uşağı varimiş. Adı da Yetər imiş. O vaxdan bəri ona Yetər nənə deyirih. Gejənin bir vaxdı qız anasını çağırıb. Anası deyif ki, bala, nədi, nolufdu?
Deyif:
– Ana, dur çırağı yandır.
Deyif:
– A bala, çırağı niyə yandırım ki? Onsuz da sənin üçün nə fərqi var, sənin gözün görmür axı?
Deyif:
– Yox, ana, dur çırağı yandır, ayağ üsdəyəm, durmuşam.
Anası duruf çırağı yandırıf. Baxıf ki, qız duruf ayağ üsdə, gözdəri də baxır. Tamam-kamam sağlam. Deyif:
– Bala, saa noldu, sən belə oldun?
Deyif:
– Ana, bı sifətdə bir kişi qolumnan tutdu, dedi dur ayağa.
Qız belə deyəndə anası bilir ki, bu, qonaxdı. Səhər açılanda deyiflər ki, qonax, sən kimsən? Deyif:
– Əşi, bir yolçuyam da, gedirəm yolumnan. Axdardığım yeri hələ tapmamışam, gedəjəm.
Deyiflər ki, yox ey, de görəh, sən kimsən? Deyif ki, mənim çəliyim var da, o dayanana kimi mən gedəjəm. Deyif:
– Sən bu qızı nətər sağaltdın?
Deyir:
– Yox, mən sağaltmadım, mənnih deyil, Allah sağaltdı, Allahlıxdı.
Kişi deyif ki, mən bu qızı, bu mülkü, bu torpağın hamısını verirəm saa. Çəliyin harda dayanar, dayanar. Verirəm saa. Bu torpaxlar da sənin olsun. O torpaxların aşağısı Arazdı, yuxarısı da Həkəri çayınnan o tərəfə gedir. Hamısı sənindi. Onun oğlannarı çox oluf. Çoxlu kəntdər də onun oğlannarının adınadı. Cəbrayıl oluf, onun oğlannarının içərisində Soltan oluf. Orda yerrəşifdi, orda qalıfdı. Bu mülkün yuxarı tərəfində Dövlətyarlı camaatı var. İndi də Füzulidə yaşıyıllar Dövlətyarlı camaatı. Kənt də var bu adda. Bu Dövlətyarlı camaatı da həmən vaxt yaylaxda imiş. Eşidiflər ki, bəs kəndi bir nəfər zəbt eliyifdi. Yaylaxda eşidiflər bunu. Bir nəfər deyir ki, mən gedif oları ordan çıxardaram. Gəlif bu adam buna yaxınnaşan kimi yumşalıf. Qayıdıf gedif yaylağa. Deyiflər noldu? Deyif:
– Vallah, getdim, elə o kişini orda görən kimi ajığım yatdı. And işmişdim ki, onu salajam ayağımın altına. Elə surət gösdərdi ki maa, elə oldum ki, elə bil siz göndərən adam dəyiləm, – deyəndə deyillər ki, ə, yox, sən onnan nəsə almısan, mümkün olan şey dəyil. Bu səfər üş-dört nəfər yolluyuflar. O üş-dört nəfər də qayıdıf eyni şeyi deyif. Sohra kənd qayıdanda bunun nuruna heyran qalıflar. Buna deyiflər ki, bu mülk, bu torpax sənə qurbandı. Deyillər ki, o torpağın hakqını verif. Həm də deyillər ki, Dövlətyarlılar bunnan pul götürmüyüflər. Sora da buna deyiflər ki, biz sənnən bir yerdə yaşıya bilmərih.
Deyif:
– Niyə?
Deyiflər ki, biz bu var-döyləti oğurruxnan, quldurruxnan əldə eləmişih. Torpağı qoyuf buna, köçüflər. Köçüflər Köndələn çayın yanına. İndi də deyillər ki, Dövlətyarlıların nəsli ordan gəlmədi.
VI mətn
Hajı Qasım Çələbi, canım qurban olan, əlində çəliyi gəzirmiş. Gedif qabaxca Bilgə dağının qabağında çəliyi atıf. Deyif ki, yox, bırda adamlar çoxdu, bırda qala bilmərəm. Arvadına deyif ki, bırda qala bilmərih. Bırdan gediflər başqa bir dağın ətəyində məskən salırlar. Özü də kasıbımışdar. Bir Hajı Qasım Çələbi oluf, bir də arvadı. Hajı Qasım Çələbi oturuf, arvad oturuf yavan çörəh yeyiflər. Kişi bir gün çıxıf dağın ətəyinə, deyif ki, ay Allahın heyvannarı, tökülün gəlin. Tay Gülpəri çörəyi yavan yeyə bilmir. Bir də görüllər ki, marallar tökülüf gəlir, əmcəhləri nə boyda. Bılar bı maralları sağırmışdar, balasını bir tərəfə ötürürmüşdər, nənələrini də bir tərəfə. Hə, bala, bıların möcüzələri belə oluf.
Dostları ilə paylaş: |