VIII mətn
Bı Nuru paşa yatar, yuxuda görər ki, bir nəfər adam bının yuxusuna girdi, bına dedi ki, sən topları yoxla, topların lüləsini qumnan dolduruflar. Özü də deyər ki, bını xəlvət yoxla. İkinci səfər yuxusuna girər, genə fikir verməz. Üçüncü səfər olanda durar yoxluyar, görər elə, doğrudan da, qumnan dolduruflar. Məlum oluf ku, bını Andranikin adamları türk əsgəri paltarında eliyiflər. Yuxuda gördüyü kişinin sifəti bının yadında qalar. Yuxuda buna deyər, sən kimsən? Deyər, mən Hajı Qasım Çələbiyəm. Soraxlıyır. Soralar bına deyəllər ki, Hajı Qasım Çələbi ancax Azərbaycandadı. Azərbaycana gələndə soraxlıyar, Hajı Qasım Çələbinin yerini örgənər. Gələr Hajı Qasım Çələbiynən görüşsün. Hajı Qasım Çələbiyə də agah olur ku, Nuru paşa gəlir bınnan görüşməyə. Yusifbəyli kəndində bılar qarşılaşıflar. Orda böyüh bir daşın üsdə oturallar, üş saat yarım söhbət eliyəllər. Camaat yığışar buların başına. Yusifbəyli kəndi də Qubadlıda, Həkəri yaxınnığında olan kəntdərdən biridi. Həmən daşı sora camaat yonub on səkkizinci ildə, abidə düzəltmişdər. Yolun qırağına qoymuşdar. Üsdünə də yazmışdılar ki, Hajı Qasım Çələbiynən Nuru paşa burda üş saat söhbət eliyiflər. Camaat o daşı ziyarət eliyirdi. Aşağı gələnnər də, yuxarı gedənnər də.
IX mətn
Bir gün Hajı Qasım Çələbinin çoxlu qonağı olur. Arvadı bına deyir ki, kişi, adam çoxdu, kartof da azdı yeməyə vırmağa. Qayıdıf bına deyir ki, narhat olma sən, bı dəyqə çatır, yoldadı. Beş dəyqə keşmir ki, bir nəfər atın belində iki çual kartof gətirif qapıda düşürür.
X mətn
Qaçax Azad addı biri oluf. Əsli Saatdı, Sabirabad tərəfdən oluf. Biz tərəflərə də gəlirmiş. Ermənilərə qarşı da çox vuruşuf. Sohra da Sabirabatda Sovet hökumətinə qarşı qaçaxçılığ eliyif uzun müddət. Bı gəlir Gəyən düzü tərəfdə bir yer var, biz ora Böyüh Qaş, bir də Kiçih Qaş deyirdih. O iki yerin arasında bı Hajı Qasım Çələbinin qabağını kəsər. Bını nağıl eliyən kişi Soltannıdandı. İndi də durur. Yüzdən çox yaşı var. And içirdi ki, gözümnən gördüm. Deyir mənim onda on dört-on beş yaşım olardı. Dədəm də qoşuldu Hajı Qasım Çələbiyə, başdadılar söhbət eliyə-eliyə kəndə tərəf yol getməyə. Yannarında dört-beş nəfər başqa adamlar da varıydı. O Qaçax Azad orda bizim qabağımızı kəsdi. Qəfildən peyda oldu. Deyir, dedi ki, Hajı Qasım Çələbi, ya bir möcüzə gösdərəssən, ya da səni öldürəjəm. Bir az keşdi, dedi ki, Hajı Qasım Çələbi, dəyəsən, sənin canın saa şirin dəyil. And işdi ki, yanındakıları vırajam. Deyir, həylə deyənnən sohra Hajı Qasım Çələbi dedi ki, yaxşı, tay mənim ixtiyarım yoxdu, Allah özü bir iş işdəsin ki, sən razı qal. Əl çəh bizdən. Elə bını deməhnən bir cüt kəhlih gəldi, biri sağ çiyninə qondu, biri də sol çiyninə qondu, başdadılar oxumağa. Kəhlih də elə quşdu ku, əhilləşmir. Tutuf aparıf saxlasan, uzax başı bir ay saxlıyassan, əldən çıxan kimi qaçajax. Deyir dedi ki, əşi, əviiz bı dərənin ağzındadı, gəlif orda bı kəhlihlərə dən vermisən, indi səni tanıyıf gəlif çiynaa qondu.
Deyir:
– A kişi, gəl əl çəh bizdən.
Deyir:
– Yox ey, sən maa möcüzə gösdər.
Orda o, üş möcüzə gösdərif. Biri yadımnan çıxıf. Üçüncüsü оdur ki, yerdən ojax daşı boyda bir daşı götürüf, – o kişi and içirdi ki, bı mənim gözümün qabağında oluf, on beş yaşım olardı, – atdı göyə, dedi:
– Ey daş, Allahın hökmüynən qal göydə.
Deyir atdı belə. Hardasa deyir beş metirrihdə daş qaldı. Ojax daşıycan daş idi deyir. Daş qaldı göydə. Dedi ki, Azad, əl çəkirsən mənnən. Deyir düşdü bının ayağına:
– Məni bağışda, inandım, inandım.
Deyir, Qaşın döngəsi var, ora kimi gəldih. Ordan ora üş yüz metr var. Amma daş atdığı yer Qaşın burnunnan görükür. Deyir, qaçax Azad baxdı göyə, gördü ki, daş hələ göydədi. Deyir dedi ki, Çələbi, o daş elə qalajax göydə. Deyir, deməhnən daş düşdü yerə. Deyir, Çələbi də dedi ki, ay Allah evi yıxsın, o daş qalmalı idi orda. Sən heylə deməsəydin, o daş qalajeydi orda. Məkkəyə bərabər ikinci ziyarətgah yaranajeydi burda. Sən ona mane oldun. Deyir, dedim ki, bağışda Çələbi, daşı gedim gətirim, at göyə. Deyir, Çələbi də dedi ki, yox, tay qutardı.
XI mətn
Ağəli kəndinnən oluflar olar. Ağəli kəndinə İrannan bir seyid gəlif. Zəngilanın Ağəli kəndi var orda. Seyid orda bir qız alıf, yurd salıf. Ağəli kəndinin camaatı Hajı Qaramana gəlif-gedirdi. Bı seyidin qohumları deyif ki, tay biz Hajı Qaramana, Hajı Qasım Çələbinin yanına getmiyəjeyih. Kəndimizdə seyid var.
Bı camaat iki yerə bölünüfdü, mübahisə olufdu. Deyiflər ki, sizin bı seyid bir möcüzə gösdərsin, ora getmiyəh. Seyid deyif ki, nə möcüzə bazarıdı. Möcüzə nədi, zad nədi? Deyiflər ki, amma o möcüzə gösdərir da. Hər şey eliyir. Bı seyid inammıyıf. Bılar şərtdəşiflər. Deyif:
– Biz gedəjeyih, bizə əvvəlcə süddü aş verəjəhlər, sütdü şoraba, sohra da çolpa-plov bişirəjəhlər. Çolpanın plovunu yeyəjeyih. Sohra da bizə tağı üsdündə qarpız-yemiş gətirəjəhlər. Özü də bir-birimizdən aralı oturmuyajeyih orda.
Bını seyidnən seyidin adamları deyir. Gəlif oturullar. Çörəh sırfıya gələndə birinci bulara sütdü aş veriflər. Sohra plov yeyiflər. Sohra Hajı Qasım Çələbi deyif ki, Gülpəri – Gülpəri nənəmizin adıdı, – get qonaxlara qarpız-yemiş gəti, özü də tağı üsdündə olsun. Gülpəri nənəmiz deyərdi ki, belə deyəndə dəhşətə gəldim. Deyif:
– Qarpız-yemiş anbarda küş tərəfdədi.
Deyərdi ki, getdim anbara, gördüm qarpız-yemişi, elə bil ki, indicə tağlı-tağlı gətirif yığmısan bıra. Yer də dizdən qarmış. Gətirifdi, gətirənnən sohra bılar deyif bəs belə. Bizi bağışda, sənin yanaa bı niyyətnən gəlmişih.
Dostları ilə paylaş: |