65. YƏHYA ÇƏLƏBİ
Yəhya Çələbi deyif ki, uşaxlar, atı maa gətirin, bir hadisə var.
Deyir:
– Ə, nədi, nolufdu?
Deyir:
– Görmürsən, çayın o tayında nəsə bir səs-küy var.
Atı gətirillər, minir gedir. Gedir görür ki, qardaş isdiyir bajının başını kəssin. Bu nə olan şeydi? Ay nədi, ay nədi? Deyif ki, bəs, ayıb olmasın, utanmazdıx eliyirəm, bu bajını üş gündü toy eliyif veriflər bu evə. Bu da paltarın, ayıb olmasın, yuyuf sərif məfdilə. Səhər duruf görüflər paltarın biri yoxdu. Deyiflər tumanı neynəmisən ver bura. Səni bu saat öldürəjeyih. Qardaşdarı gəlif tökülüflər, deyiflər tumanı ver. Yəhya Çələbi deyif ki, siz dayanın, mən deyəjəm, paltarın yerini deyəjəm. Burda oturuf, deyif:
– Get, o dey, o ala inəyi kəs.
Ala inəyi kəsir, ayıb olmasın, paltar içinnən çıxır, inəyin qarnınnan çıxır. İnəyin qarnınnan çıxanda gəlillər bu kişinin əlinə-ayağına düşüllər.
Dostları ilə paylaş: |