66. YASİN ÇƏLƏBİ Hajı Qaramanın şeirləri çox oluf deyillər. Hajı Qasım Çələbinin də bayatıları, şeirləri çox oluf. Sohradan mən örgəndim ki, Yasin Çələbi türmədə olanda dört kitab yolluyuf. Onun ikisi şeirlər divanı oluf, ikisi də islam tarixinə aid oluf. Özbəkisdanda türmədə yatanda yolluyuf. O elə türmədə ölüfdü. Onun uşağının sorağını biz hardasa yetmiş beş, yetmiş altıda aldıx. Zərgər Məhəmməd olufdu Bakıda. Güjdü, tanınmış adam olufdu. O İçərişəhərdə olufdu. Maa dedilər ki, olarda Yasin Çələbinin əlyazmaları var. Heş sohra da onu əldə edə bilmədim.