68. MİR MƏHƏMMƏD AĞA Mir Sədi ağanın oğlu Mir Məhəmməd ağa vəfat edərkən gözümüznən görmüşüh bunu hamımız, onun yas yerinə hər yerdən, eləcə də Gürcüsdannan şeyxlər, mollalar, seyitdər – hamısı gəlmişdi. Mir Məhəmməd ağanın tabutunu götürəndə onun tabutunun üsdündə o qədər qaranquş gedirdi ki, gəl görəsən. Tabutu qəbirsdannıxda yerə qoyanda mollalar, şeyxlər, seyitdər buyurdular ki, hamı qəbirsdannan çəkilsin qırağa. Elə ki camaat qırağa çəkildi, qaranquşdar tökülüf tabutun üsdə nə isə oxudular. Qutarannan sora üş dəfə fırrandılar tabutun üsdünə, qalxdılar, yendilər. Üçüncü dəfədən sora uçuf getdilər. Sora buyurdular ki, tabutu götürün. Bunu biz öz gözümüznən görmüşüh.