95. QARADƏYƏ PİRİ Qayanın başında yerrəşir. Qurban aparandа, qayanın aşağısında bulax var, bulağın yanında onu kəsirdik, ziyarət eliyirdih, sora çıxıf gəlirdih. Mənnən yaşdı adamların dediyinə görə, pasdayannı ora ağ gələrmiş. Yayda, qışda ağ gəlif qalarmış orda. Ağ müqəddəs yerrərə çox gəlir. Özdərini qorumax üçün o yerrərə gəlillər.
96. QIRXLAR PİRİ Qırxlarda deyillər, guya qırx dənə övliya daş oluf orda qalıf. Ona görə qırxlar deyillər. Ora ancağ iyun-iyul aylarında getməh olardı. Başqa vaxt getməh çətin idi. Qar olurdu.