97. DAĞDAĞAN PİRİ* Bu pir kənddən təxminən 1,5 kilometr aralı yol qırağında yerləşir. Qurbanlı pirinin yaxınlığındadı. 4-5 metr hündürlüyündə bir dağdağan ağacıdır. Dibində daşlar dairəvi şəkildə üsd-üsdə qoyulub. Bura ziyarətə gələnlər çox az olurdu. Təsadüf hallarda bura ziyarət olunurdu. Lakin yol qırağında olduğu üçün ordan keçənlər pirə nəzir qoyurdular. Buradakı dağdağan ağacı müqəddəs hesab olunur. Bu ağacdan qırmaq, sındırmaq olmaz. Onu kimsə sındırsaydı, ziyanlıq tapardı. Ancaq bəzən kiçik bir çöp qırıb boyundan asırlar ki, göz dəyməsin.
98. MƏRMƏR PİRİ İndi orda basdırılan kimsənin adı Mərmərdi, bala. Övliya adıynan çağırıllar, bala. Övliyaların hamısının adı var. Seyid qabrı, Çomağ ata, Ağoğlan, Ağdonnu Şıx, Cəbreyil ata, Gordu baba, Xələf qabrı, Tumas ata, Dağdağan ata. Mərmər yel piridi. Yel qurudan Mərmərə gedirdi, sağ qayıdırdı. Gözuu yel kor eləsin, ora getsən, gözün açılır, sağ qayıdırdın.