V mətn
Meyidi aparanda köhnə çarıx, at nalı, mismar, həylə şeyləri yığıb asırdılar atın boynuna ki, at qəbirsannığa gedəndə bağrı çatdamasın.
VI mətn
Yasın üçüncü günü hüzür sahibləri qəbir üsdən gəlirdilər, ona yaxabağlama deyirdilər, yəni yaxanı aşmısan, sinəni cırmısan, özünə müəyyən işgəncələr vermisən. – O da düz dööl. – Yas sahibinin yaxasını seyid, molla düyməliyirdi və yaxut da, deyirdi ki, yaxanı bağla, ta bəsdi. İndi onu eliyən yoxdu.
VII mətn
Yasın üçüncü gününnən sora kişilər sakqalın təmizdəməlidi, kadınnar yuyunmalıdı, ölüyə əlini vırsa, küsullanmalıdı. İrax olsun, mən ölüyə əlimi vurdumsa, əlimi vurannan sora ölü küsulu vermə-liyəm ki, ölənin ruhu dağınık yerdə qalmasın, cəm olsun o qəbirə.
VIII mətn
Adına günü evdə lap çay da qoyanda, xörəyə duz da atanda, deyirsən ki, bu ojaxdan gedən ölülərin ruhuna pişirirəm. Duz atanda kadın da təmiz olmalıdı, küsul verməlidi.
Dostları ilə paylaş: |