Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə133/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   129   130   131   132   133   134   135   136   ...   238
4. İLAN HAQQINDA
I mətn

…Dam deyilən yerrəri vardı. Bir gün ora bir ilan gəlir. Qadın toyuğu kürt basdırır. Toyuğu səhər-səhər bıraxır ki, getsin, bir az dənnənsin, gəlsin. Gəlir evə, görür ki, toyuğun yumurtasının üsdün­də ilan kövələnib yatıfdı. Arvad gəlir evə, yoldaşına deyir ki, – onun da gözdəri tutulu olur, ancax kişi dünyagir adam olur, – bə toyuğu rahlamışam, ilan gəlif yumurtanın üsdündə yatıfdı. Mən ona neynim ki, ilan çıxıf getsin? Deyir ki, get ilana deynən ki, səni and verirəm bu duza, bu çörəyə, çörəh-duz qoy qavağına. İlan onun üsdünnən çıxıf gedəjək, sana dəymiyəjək. O toyux özü gəlif öz yumurtasının üsdündə yatajeh. Arvad gedir qapının ağzında durur dua deyir, ilan sivrilif gəlif, qapıdan çıxıf gedir. Toyux gəlif yumurtasının üsdündə yatır.


II mətn

İlan ıldız görməsə ölməz. İlanı yerə basdırıllar, quyruğunu tor-paxdan üsdə saxlıyıllar. Gecə quyruğu ıldızı görür, sora tamam ölür.

Deyillər ekiz uşağa qalan qadın iki ilanın arasınnan keşsə, onun əli şəfalı olar. Mənim anamın iki ekiz uşağı oluf. Uşax bo­yunda olan vaxtı görüf ki, iki ilan dalaşır. İlanları ayırıf ortasınnan keçif. Odur ki, anamın əli şəfalıydı. Əlini kimin boğazına basırdısa, onun boğazı qayıdırdı.
III mətn

Danışırdılar ki, əgər bir insan qızıl taparsa, onu mundarra-malıdı ki, o qızıl ona qismət olsun. Bını bizə söhpət eliyiplər, deyiplər. Rəhmətdih İmleyla bibimdən də mən onu eşitmişəm. Adam var ki, sevincinnən onu qucaxlıyır, amma o pay ona qismət olmur ha. Bıllar həqiqətdi. O ilanın da qızıl ətrafında olmasının genə də deyir bir hökmü var. İlan, deyir, xəzinəni sevəndi. Onu da genə rəhmətdih İmleyla bibim deyirdi ki, o yerdə ki, ilannar bol yatıllar, orda mütlək yatar var. O sirrəri biz aça bilmərih.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin