Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə148/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   144   145   146   147   148   149   150   151   ...   238
10. ALLAH XOFU
İmam Hüseyinnən Allah-tala kəlmələşmişdi. Allah-tala İmam Hüseyinə demişdi ki, üç kəlmə sənnən danışıram. Birini de, birini desən də olar, deməsən də, birini demə safsim.

Adam göndərirdilər quyudan su çıxartmağa. Gedip quyuya yen­dihcə baş gedirdi, bədən qalırdı. Bir günnəri Cənab Əmir qeyz­dəndi ki, mən gedip quyudan su çıxardajam. Getdi yendi quyuya. Dedi ki, mən desəm ki, yandım, çəkin, çəkmiyin haa, yendirin aşağı.

Cənab Əmir yendi quyunun divinə, çığırsa da çəkmədilər. İmam Hüseyinin qulluxçusu vardı. Dedi ki, durarsan quyunun ağ­zın­da, hər kəs gəlip maa Cənab Əmirin salamat çıxdığını desə, dün­ya­da nə isdəsə, verəjəm. Nəysə, qulluxçusu da durup orda gözdü­yür. Cənab Əmir yendi, getdi yerin təkinə, yerin altında gördü kü, burda cin qoşunu var. Cənab Əmir qılıncı çəkdi, düşdü bu qoşuna. Sağa, sola çala-çala yerin altıynan gedirdi. Namazı olanda çızığı çəkirdi, cızığın içində namazı qılırdı, heş kəs yaxın gələ bilmirdi. Bir də kutarannan sora çalırdı qılıncı. O qədər qırdı ki, getdi çıxdı quyunun altında cin patcahı varıdı, cin patcahının hüzuruna. Cin patcahı dedi ki, bizim camahatı niyə qırırsan?

Dedi:


– Sizin millət niyə tabe olmur?

Dedi:


– Siz nə möcüzə gösdərirsiz ki, sizə tabe olax?

– Nə möcüzə isdiyirsən, – Cənab Əmir dedi.

Dedi:

– Durduğun yer dünyanın harasıdı?



Dedi:

– Durduğum yer – yerin altındadı ha, – dünyanın ortasıdı, Kəbənin evidi, Kəbənin evinin altıdı.

Dedi:

– Hə.


Cin patcahı dedi:

– Arvad çoxdu, kişi?

Dedi:

– Arvat.


– Niyə?

Dedi:


– Arvat belə çoxdu ki, arvat arvatdı, arvadın yolunca gedən kişi də arvatdı.

Dedi:


– Saa fəda olax. Nə deyirsən biz eliyək, saa biyət eliyək. Mənim övladım yoxdu.

Cənab Əmir civinnən alma çıxardıp dedi:

– Adın nədi?

Dedi:


– Adım Cəfərdi.

Dedi:


– Yarısını özün ye, yarısını ver arvadın yesin. Bir övladın olajax, adını qoydum Səfər.

Burda razılaşdı, Cənab Əmir su da götürüp çıxdı yuxarı. Dedi:

– Məni çəkin.

Quyunun ağzında duran qaroulçu yüyürə-yüyürə getdi İmam Hüseynin üsdünə ki, müjdəmi bu saat ver, Cənab Əmir gəlir. Dedi:

– Nə verim? Mal verim, pul verim?

Dedi:


– Yox, heş şey isdəmirəm.

Dedi:


– Bəs nə verim?

Dedi:


– O, Allah-talaynan üş kəlmə danışmısan haa. Allah-tala saa deyip ki, birini de, birini desən də olar, deməsən də, birini heş demə. Bax, o demə dediyini gərək maa deyəsən, – deyəndə qaldı İmam Hüseyin aciz. Allah-taladan səda gəldi ki, ya İmam Hüseyin dediyaa əməl elə. Mən icazə verirəm, de. Dedi ki, Allah-tala deyir ki, kimin ürəyində bir xaşxaşın dənəsincən mənim xofum olsa, o, cəhənnəm odunnan kənardı – deyəndə başdadı bu süzdü əynə, süzdü bəynə ki, mən elə siznən yaşıyıram, onda mən heş cəhənnəm odu görmüyəjəm.

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin