17. KARVANQIRAN AĞACI
Keçmişdə karvan gedirmiş. Axşam olanda yolda düşüllər, gedillər həmən ağacdan qırıf gətirillər ki, bir ojax qalasınnar, yandırsınnar, qızışsınnar. Sital deyilən bir ağaj var. Səhərətən nə təhər eliyillərsə, bı ağacı yandıra bilmillər, karvan soyuxdan qırılır.
18. QUYRUQ DONDU
I mətn
Quyruxdoğdu deyil, quyrux dondudu əslində. Avqust ayının beşinnən sora qoyunu kəsirsən, asılqanda durur, baxıf görürsən ki, quyrux donufdu. Buna quyrux dondu deyillər.
Əslində belədi. Novruz bayramınnan on gün sora qoyun qırxımına başdıyıllar. Bı, baxır ilin gəlişinə, onnan sora qoyunun gümrahlığına, havanın isdi-soyuxluğuna. Ola bilər hava ilə əlaqəli lap iyirimi gün sora da qırxıma başlıya biləllər. Amma qoyun gümrahdısa, bayramdan on gün sora, aprel ayının əvvəlinnən onun qırxımına başdıyırdılar. O vaxt aprel ayı demirdilər də, elə bayramdan on-on beş gün sora deyirdilər.
Bir yay girəndə quzunu qırxallar, bir də Quyrux doğannan sora. Yaz qırxımına “yapağı” deyillər, quzu yunu elə quzu yunudu. Quyrux doğannan sora qırxılan yuna “güzəm” deyirdilər.
Yaz yarı olanda elat dağda olardı. Quyrux doğannan sora yavaş-yavaş gələrdilər arana.
II mətn
Yay üç ay olur, onun qırx beşinci gününə Quyrux doğdu deyillər. Quyrux doğdu döör, quyrux dondudu. Deməli, el, hamı gedir dağa. Fəsil dəyişir, elə xəbər verillər ki, əə, day yayın qırx beşidi, qışa doğru gedir. Köş dağdan enir, gedir, məsələn, Salyana. Buna deyillər Quyrux dondu. Quyrux dondudan sora qış özünü gösdərir. Adicə dəvə – Allahın heyvanıdı, həmən Quyrux donan günəcən yönü dağa sarı yatır, Quyrux donan günnən sora isə, dəvə arana sarı yatır. Ta aranın vaxtıdı, gedək arana.
Dostları ilə paylaş: |