Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə190/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   186   187   188   189   190   191   192   193   ...   238
7. BƏHLUL EVLƏNMƏK İSTƏMİR
Bəhlulnan Xəlifə qardaşmış. Bir günnəri deyir ki, gəlginən Bəhlulu evləndirəh. Deyir ki, Bəhlul, o qızı alajam sənə. Qarğını minir gedir, qulağını diriyir qızın qarnına. Bir az durur, durur. Qarğıya bir qamçı vurur, qaçır. Deyir:

– Ə, niyə heylə elədin?

Deyir:

– Ə, sizin xəbəriniz yoxdu ey. Qızın qarnında vəlvələ var. Biri çörək isdiyir, biri paltar isdiyir, biri ayakqabı isdiyir. Mən bunun hansını çatdırajam.


8. ÖZLƏRİ ÖZ ƏMƏLLƏRİNƏ TUŞ OLDU
Bəhlul Danəndəni o qədər gözü götürməyən olur ki... Bir dənə qadın isdiyir ki, Bəhlul Danəndəni zəhərriyə. Qadını da örgədillər e. Yanı götürək aradan Bəhlul Danəndəni də. Hər şeyi bilirmiş. Arvat gətirir şirin çörək pişirir. Bir dənəsini ayrı yoğurur. İçinə şirni də qatır, zəhər də qatır ki, dağılanda bilməsin də bu nədi. Gətirir. Bəhlul Danəndə harasa getmiş imiş. Gəlir görür ki, Bəhlul Danəndənin qapısı açıxdı. Sırfanı salır ora. Fətir imiş e, qəşəh, bəzəkli. Qoyur ora ki, Bəhlul Danəndə gələndə bunu yesin, o ölsün. Heş bilməsinnər ki, Bəhlul Danəndəni kim öldürdü. Təsadüfən Bəhlul Danəndə hasısa səfərdən bura gejikir. Üş nəfər adam gəlif Bəhlul Danəndənin evinin qavağınnan keçəndə görür ki, qəşəh ağ sırfa salınıf, üsdə bir qəşəh isdi fətir var. Tamahları gəlif deyir:

– Bəhlul Danəndə bizə nağarajax? Ajınnan yol gedə bilmirik. Gedək onu yeyək.

Gedif bular üçü də yeyillər. Aradan az keçmiş üçü də ölür. Zəhər güjdüymüş. Hay salıllar ki, Bəhlul Danəndənin qapısında kimsə fətir, çörək yiyif ölüf. Camaat tökülür, Bəhlul Danəndə də gəlir. Biri arvadın oğluymuş, biri əri, biri də qardaşı. Bəhlul Danəndə deyir ki, bu plan maa qurulmuşdu. Maa sataşan xeyir aparmaz. Gör Allah-tala nə təhər eliyif ki, mən səfərdən gej gəldim. Öz elədikləri əmələ özdəri tuş oldu.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin