Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə213/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   209   210   211   212   213   214   215   216   ...   230
Nə bilim, əqrabalar harda qalıb?

Kim harda qalıf, kim harda can verir?




  1. Mən ölərəm, yad olaram,

Yaddan çıxıf yad olaram.

Qəbrim üsdə tez-tez gəl, balam,

Sən gələndə şad olaram.


  1. Maralın gözü qannı,

Dırnağı, dizi qannı.

Ağdamı mana verin,

Tutaram sizi qannı.


  1. Əzizinəm, ağ damar,

Qara damar, ağ damar.

Vətənə xain baxanın

Gözdərinə ağ damar.


  1. Əziziyəm, kimə gedim?

Tarçıyam, simə gedim.

Yar mənə dərt-qəm verdi

Dərmana kimə gedim?

= Əziziyəm, hara gedim?

Bülbüləm, xara gedim.

Yar məni eşqə salıb,

Bilmirəm, hara gedim?


  1. Çöllərdə dasdan oldum,

Dillərdə dasdan oldum.

Taleyim bəd gətirdi,

Aşnadan, dosdan oldum.


  1. Çoban, qoyun kimindi?

Sana, gör neçə mindi?

Mənim sevdiyim sənsən,

Sənin sevdiyin kimdi?


  1. Biçinçi bafa bağlar,

Bişdihcə bafa bağlar.

Yarın bivəfa olsa,

Kim ona vəfa bağlar?

= Biçinçi bafa bağlar,

Bişdihcə bafa bağlar.

Ay erməni əlində ölənnər, sizi fələh qırdırdı erməniyə.

Çoxlu cəfa bağlar.




  1. Əziziyəm, üç ay var,

Üç ulduz var, üç ay var.

Könlüm səni arzular,

Görüşməyə üç ay var.


  1. Əziziyəm, gözəl alma,

Yeməyə gözəl alma,

Əsil al, çirkin olsun,

Bədəsil gözəl alma.


  1. Heyvalıqdır yolum, yar.

Sənə qurban olum, yar.

Demə ki, yar bivəfadı,

Anam qoymur gələm, yar.


  1. Qərənfiləm, qələmsiz,

Qərarım gəlmir sənsiz.

Qoynuna qarrar dolsun,

Necə yatırsan mənsiz?


  1. Araba bizim olaydı,

Təkəri qızıl olaydı.

Girəydim yar qoynuna,

Gecələr uzun olaydı.


  1. Dağlardan endim ancax,

Yaxamda sarı sancax.

Ordubada gələnnən,

Qalıb yarı canım ancax.

=Qaladan endim ancax,

Başıma saçdım sancax.

Nə qız oldum, nə gəlin

Oddara yandım ancax.


  1. Aşıq qara bulutdar,

Para-para bulutdar.

Mənim dərdi-halımı,

Demir yara bulutdar.


  1. Əzizim, yan divarı,

Qalanın yan divarı,

Məməni sal ağzıma,

Ürəyim yandı barı.


  1. Əziziyəm, sinəndə,

Sındı qəlbim sinəndə.

Tifiləm, al qoynuna,

Bəslə məni sinəndə.


  1. Əzizim, çəmən yerdə,

Göy yerdə, çəmən yerdə.

Yara bir köynəh oldum,

Soyunub çimən yerdə.


  1. Bulaq başında duran,

Ay teştdə paltar yuyan.

Məhlənizə qoymurdun,

Qoynuna girdim, oyan.


  1. Əziziyəm, xaçınnan,

Ağ bulud arasınnan,

Yara xonça bəzədim,

Şamamanın xasınnan.


  1. Ay dolanır batmağa,

Yuxum gəlmir yatmağa.

Əllərim öyrənifdi,

Şux məmə oynatmağa67.


  1. Əzizinəm, gül açar,

Bülbül oxur, gül açar.

Bağa yadlar girəndə,

Gül solar, bülbül qaçar.


  1. Ağlın o başındadı,

Göz qaşın altındadı.

Sən xayini tez tanı,

Daş atsa, başındadı.


  1. Deyirəm, vətən yaxşı,

Gül əkdim, bitən yaxşı.

Vətənim qərib qalıb,

Qalmaqdan ölməh yaxşı.

= Eləmi vətən yaxşıdı,

Köynəyi kətən yaxşıdı.

Şayir deyir, gəzməyə qəriv ellər,

Ölməyə vətən yaxşıdı.



Ama mən deyirəm gəzməyə də vətən, ölməyə də vətən yaxşıdı.

= Əziziyəm, kətan yaxşıdı,

Köynəyin kətan yaxşıdı.

Gəzmağa qərib ellər,

Ölməğa vətən yaxşıdı.


  1. Bartazın eli yaxşı,

Dağı, aranı yaxşı.

Bir zəvvarı yoxdusa,

Bəs onun nəyi yaxşı?


  1. Koroğlu at belində,

Qılıncı qaldı əlində.

Nəbi, yoxsan elində,

Torpağın yad əlində.


  1. Əzizinəm, gülən yaxşı,

Deyibən gülən yaxşı.

Xəlvəti söz saxlamaz,

O deyib-gülən yaxşı.


  1. Torpaqda o gül bitər,

Gül də bülbülə bitər.

Qışda solan güllərim

Baharda bir də bitər.


  1. Dünyanın özü yaxşı,

Aləmi, özü yaxşı.

Ədaləti yoxdusa,

Bəs onun nəyi yaxşı?68


  1. Əzizim, gəzə-gəzə,

Dolan, gəl gəzə-gəzə.

Düşmən məni yandırır,

Yurdumda gəzə-gəzə.



  1. Əziziyəm, qarğadı,

Sağsağandı, qarğadı.

İşimiz düz gətirmir,

Bəlkə fələk qarğadı?


  1. Əzizim, yarası da,

Sağalmır yarası da.

İlan elə ilandı,

Ağı da, qarası da.


  1. Əzizim, didərginəm.

Köçkünəm, didərginəm.

Taleyin hökmünə bax

Yurdumda didərginəm.


  1. Əzizinəm, varı dan,

Dövləti dan, varı dan.

Donuzu əzişdirməsən,

Heç çıxarmı darıdan?


  1. Əzizim, düz yaxşıdı,

Əyridən düz yaxşıdı.

Biqeyrət oğuldansa,

Qeyrətdi qız yaxşıdı.


  1. Əzizim, bizə dəydi,

Daş atdın, dizə dəydi.

Düşmənnər dava saldı,

Xatası bizə dəydi.


  1. Əziziyəm, qarrıdı,

Dağlar başı qarrıdı.

Xayin dosdan, yoldaşdan

Düşmən etibarrıdı.


  1. Əzizim, zamana dönüb,

Qaşdar kamana dönüb.

Yurdum yad əllərdədi,

Ürəyim qana dönüb.


  1. Əzizinəm, dərdimi,

Gül becərən dərdimi?

Yurdumnan söhbət aşdın,

Təzələdin dərdimi.


  1. Əzizim, bənööşə ətri,

Xoşdur bənööşə ətri.

Yar yaxasın açanda

Duydum bənööşə ətri.


  1. Əziziyəm, qana bax.

Axıb gedir, qana bax.

Vətənim yaralıdı

Sinəsində qana bax.


  1. Əziziyəm, xan oldu,

Sultan oldu, xan oldu.

Süfrəmdə çörəh yeyən,

Özümə düşmən oldu.


  1. Əziziyəm, əsirdi,

Küləh çox sərt əsirdi.

Kimə dərdimi deyim?

Zəngilanım əsirdi.


  1. Əzizim, qız balası,

Anamın qız balası.

Ana fəryad eyləyir,

Əsirdi qız balası.


  1. Əzizinəm, quşam mən,

Qəfil dərdə tuşam mən.

Şuşasız, Kəlbəcərsiz,

Bir qanadsız quşam mən.


  1. Əzizinəm, yaşamaz,

Qartal dağsız yaşamaz.

Mənim bu xəsdə könlüm

Qarabağsız yaşamaz.


  1. Aşıq, nişannı qaldı,

Şöhrətdi, şannı qaldı.

Oğullar şəhid oldu,

Qızlar nişannı qaldı.


  1. Əzizim, o yananda,

Od tutub o yananda.

Gözüm səni axdarır,

Yuxudan oyananda.


  1. Əzizim, qanı yerdə,

Axıbdır qanı yerdə.

İgidlərim, atdanın,

Qoymayaq qanı yerdə.


  1. Əzizinəm, soydular,

Ermənilər soydular.

Dilbilməz körpələrin

Gözdərini oydular69.


  1. Əzizim, kəs aranı,

Doldur ver, kəs aranı.

Olursan, yaxşı dosd ol,

Olmursan, kəs aranı.


  1. Saralmışam, solmuşam,

Bulut kimi dolmuşam.

Nə atam var, nə anam,

Burda yetim qalmışam.


  1. Mən aşıx, hanası var,

Qurulup, hanası var.

Görüşməyə yol vermir,

Azazıl anası var.


  1. Mən aşıx, qavalı var,

Əlində qavalı var.

Get, bacına denən ki,

Dərdinnən havalı var.


  1. Mən aşıx, gül dənədi,

Çəməndə gül dənədi.

Səni aldım, el dedi:

“Filankəs gül dənədi”.


  1. Mən aşıx, dadoyludu,

Dad aman, dadoyludu.

Anana de ki, yarım

Əlinnən dadoyludu.


  1. Mən aşıx, çin-çin olup,

Tellərin çin-çin olup.

Gözün ceyran gözüdü,

Əlin göyərçin olup.


  1. Mən aşıx, xal-xal olup,

Bənizin xal-xal olup.

Hər gün bir dərt verirsən,

Ürəyim xal-xal olup.


  1. Bulaxda kuzə qalıp,

Sınmıyır, təzə qalıp.

Əl-ayağım bağlıdı,

Umudum sizə qalıp.


  1. Dağın daşı mələdi,

Gözün qaşı mələdi.

Ağlar qalsın düşmanı,

Balamı qana bələdi.


  1. Gələr, gələr, ay gələr,

Deyirdim mən toy gələr.

Qərəmətə düşmüşəm,

Vay dalıncan vay gələr.


  1. Qarabağda bağ qaldı,

Bosdanımda tağ qaldı.

Nə gözümdə işıxlıx,

Nə köylümdə yağ qaldı.


  1. Ay dağlar, qoşa dağlar,

Mənsiz ha yaşa, dağlar.

Qardaşımnan, bacımnan

Düşmüşəm haşa, dağlar.


  1. Arazın üsdüynən gəl,

Altın qoy, üsdüynən gəl.

Yığ başının dəsdəsin,

Özün də üsdüynən gəl.


  1. Baxça gönlum, bar gönlum,

Heyva gönlum, nar gönlum.

Heş mən ağlamağa işim yoxdu, Şakirnən Ramiz70 yadıma



düşəndə

Ağlamağa var gönlum.




  1. Arazı ayırdılar,

Daş-qumunan qayırdılar.

Şakir71, nə sənnən, nə Ramizdən mən ayrılmazdım

Bala, sizi mənnən ayırdılar.

= Arazı ayırdılar,

Qumnan doyurdular.

Biz sizdən ayrılmazdıx

Zülmünən ayırdılar.




  1. Baxçamızda boyana,

Gül yasdığa dayana.

Oxu, bülbülüm, oxu,

Bəlkə, yarım oyana.


  1. Kəklik o yaldadı, o yalda,

Oxur o yaldadı, o yalda.

Nə qədər canımda can var,

Gözüm o yoldadı, Ramiz, yolda, bala.


  1. Getdi gülüm, ağlaram,

Bir vədəsiz yeldi,

Tökdü gülüm, ağlaram,



Yeri, torpağı satdılar,

Oldu zülüm, ağlaram.

= Bir vədəsiz yel əsdi,

Keşdi günüm, ağlaram.

=Getdi gülüm olara,

Oldu zülüm olara.

Vədəsiz bir yel əsdi,

Getdi gülüm olara.




  1. Qızılgül həşəm oldu,

Dərmədim, həşəm oldu.

Şakir, sən bu dünyadan gedənnən sonra

Oğul, ağlamax peşəm oldu.


  1. Qızılgül dən-dən oldu.

Dərmədim, dən-dən oldu.

Biz sənnən ayrılmazdıx, bala,

Ayrılıx ermənidən oldu.

Ermənini yansın.


  1. Qərivəm, yoxdu atam,

Qanadım yoxdu, qalxam.

Çıxam qəlbi dağlar başına,

Öz vətənimə doğru baxam.

Bunu da mənim atam deyərdi.


  1. Qardaşın kürən atı,

Meydana girən atı.

Heş bəndələr minməsin

Qardaşım minən atı.



  1. Göyərçinəm, uşdum, gəl.

Dos bağına düşdüm, gəl.

Yaxşı günün qardaşı,

Yaman günüm düşdü, gəl.


  1. Dağlar, səni əndərim,

Yönuu bəri döndərim.

Düşmüşüh qəriflığa,

Dalınca kimi göndərim?

= Şökət səfər eliyif, camahat

yaman ağlıyır,

Saa kimi göndərim?

= Burda bir nər iyid ölüf,

Yerinə kimi göndərim?




  1. Dağlar, sənə dağlar,

Göy geymiş gənə dağlar.

Tuteydim balalarımın qolunnan

Gedeydim sənə, dağlar.

Elə qoydux gəldıx dağları, göy

çəmənnəri, soyux bulaxları.


  1. Qardaşa deyin gəlsin,

Atnansa, yeyin gəlsin.

Deyin, büyün gəlməsə,

Gəlsə də, büyün gəlsin.


  1. Əvi tihdim düzə mən,

Kilim çəhdim üzə mən.

Çalışdım, vuruşdum, yığdım,

Onu da verdim sizə mən.

Ermənilərə verdih gəldih. O boyda dolu-dolu əvlərdən bircə dənə
yasdıx da gətiməmişdıx ki,

başımızın altına qoyax, yatax.


  1. Bı qala qızıl qala,

Tikilmiş qızıl qala.

Sənin kimi, bala, qonağım ola,

İsdiyərəm yüz il qala.


  1. Qaladan yendirdilər,

Ağ donun geydirdilər.

Nə dərdim var, nə odum,

Məjburca öldürdülər.

Ermənilər dayna bax bizi həylə.


  1. Qayanın başında bir nar ağajı,

Dənəsi şirindi, yarpağı ajı.

O nədəndi, hər ikimiz bir ağajın barıyıx,

Sən şirinsən, mən ajı?


  1. Qərifsən, nə gəzərsan,

Bağrım başın əzərsan.

Tərgidif evinı eşiyını, yerinı,

Bax bırda nə gəzərsan?

= Tərgidif vətəni,

Bu qəriv eldə nə gəzərsan?


  1. O tayda quzu gördüm,

Tükün qırmızı gördüm.

Açın cənnət qapısın,

Sevdiyim qızı gördüm.



  1. Bənööşəyəm, itərəm,

Kol divində bitərəm.

Qeyri güllər gələndə,

Mən baş alıb itərəm.

= Bənöşüyəm, çiçərəm

Kol divində bitərəm.

Gözətdərəm, balalarım gəlif çıxmaz,

Boynum əyri tutaram.

= Gözətlərəm, gəlməsən,

Boynum əyri tutaram.

= Yar üz döndərsə,

Baş alaram, itərəm.


  1. Qəriv öldü, götürun,

Dar küçədən ötürün.

Qərivin öldüsünü,

Anasına yetirın.

= Qərib, nənən, bajın yansın,

Qərib buranı tanımır,

Öz vətəninə yetirin.





  1. Yüklə 3,1 Mb.

    Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin