Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr VI kitab



Yüklə 3,1 Mb.
səhifə221/230
tarix04.01.2022
ölçüsü3,1 Mb.
#53646
1   ...   217   218   219   220   221   222   223   224   ...   230
BAZAR SЦZLДRİ103
Dağların dağ çiçəyi,

Kartofun ağ çiçəyi.


Şor döyül, yağdı,

Yarı sarı, yarı ağdı.


Balan yeyər,yekələr,

Arvat yeyər, kökələr.


Çil lovya, çilli lovya,

Çillicə, gülü lovya.


Şitilə gəl, şitilə

Pomidor, ajı, şirin bibar,

Şüşə kimi badımcan,

İnciyərəm almasan,

Bibar, nə bibar,

Belə bibar var?


Qatığın üzünü pıçax kəsməz,

Ağzının tamın bilən burdan yan keşməz.


Əmlih quzu otu yeyən heyvanın südü

Hardadı belə ağartı dadı?


Beşdi, ondu, mindi,

Alma vitamindi.

Üzümü üzüp gəldim,

İsdola düzüp gəldim.

Şirindi, mətdi,

Bir giləsi,

Bir isdəkan şərbətdi.
Kənt məhsulu, şah malı,

Alma, armut, şafdalı.


Üzüm döyül, kəhrabadı,

Noğuldu, qəntdi dadı.


Kim aldı, kim almadı,

Qızıləhmədidən qalmadı.

Kim aldı, kim almadı,

Meyvəsiz bazarrıx? Olmadı!


Bazarın gözüdü göyəm,

Vitaminin özüdü göyəm.


Bazarın, püsdəsi, badamı

Çəkir, ovsunnuyur adamı.


XЦRДK SЦZLДRİ
Dadanmısan dolmuya,

O da bir gün olmuya.


Dadammısan xəngələ,

Məni salmısan əngələ.


Dadammısan kifdiyə,

Elə bilirsən gəlir müfdəyə?


Hər yeməyin təzəsi,

Aşın köhnəsi.


Düşbərə, ay düşbərə,

Ye, qalmasın səhərə.


Qovut,

Ver uşağa, ovut.


Miyo, miyo, miyəbbəni,

Pişiy apardı kifdəni.


Şor, pendir, lavaş

Gəvələ yavaş-yavaş.


OYUNLAR

CƏHRİBƏYİM
I mətn

Cəhribəyimdə oxuyurdux:

O tay, bu tay, yasdana,

Kəklih qonar bosdana.

Qorxuram, yağış yağa,

Yarım gələ isdana.



Söyləyici bu oyunun qızlar tərəfindən oynanıldığını dedi. “Neçə qız oynayardı” sualına isə məhlənin “bütün qızları”, – deyə cavab verdi – top.

II mətn

Cəhriböyüm, Cəhriböyüm (oturduğu yerdə atdanıb düşə-düşə əl çalır – top.). Bizim kəntdə deyirdilər onu. İki arvat var idi, biri Südabənin nənəsi Mirvarı, biri də Qara Balaxanım – mənim baldızım, Allah aparmış. Ölüflər indi ikisi də. Yekeydilər e, ikisi də mənnən. Biri Cəhriböhüm, Cəhriböhüm (əl çala-çala deyir – top.) deyə belə hərrənirdi, biri də Cəhriböhüm, Cəhriböhüm (yenə əl çala-çala oxuyur – top.) belə hərrənirdi. Sözdəşirdilər, dalaşırdılar, tutaşırdılar, dihləşirdilər, bilmirəm. Onu eləyə bilmərəm. Yalannan deyə bilmərəm. Düzdə, mərəhdə deyirdi e. Dədəm əvinin çoxlu dövləti oluf. Getmişih yatağa, yaz ağzıdı. Elə köçüf gəlif düşmüşüh Qarabağın düzünə. Ordan deyiflər, Siriyə artes gəlif. Gəlif görmüşüh, üzümüzdən qırax, kalxoz mərəyində deyillər, bax o Cəhriböhümü. Cəhirböhüm, Cəhriböhüm, burdan biri gəlir, ordan da biri. Gəlif ortada birrəşirdilər. Biri-birin qırırdı, nəysə deyirdi, o, onun başınnan tuturdu, o, onun başınnan tuturdu.




III mətn

Cəhribəyimi yallı kimi oynuyullar. Deyillər e, mən görməmişəm. Yaşdı adamlar deyir. Hopbana-hopbana nəysə deyiv oynuyurmuşdar uşaxlar da. Onun adıymış Cəhribəyim.


IV mətn

Cəhribəyimi, nə bilim, Qara Balaxanımnan bir də bir arvad vardı, adı yadımnan çıxıfdı, olar oynuyurdu. Hopbula-hopbula oynuyurmuşdar. Tullana-tullana oynuyurdu. Sözdəri huşumnan çıxıfdı.


V mətn

Təknə-tabax Cəhribəyim,

Palazqulax Cəhribəyim ...

Halay qurax, Cəhribəyim,

Güzgü-darax Cəhribəyim,

Gəlin quraq Cəhribəyim,

Hu, Cəhribəyim, hu, Cəhribəyim.

Qarı küsər, payın kəsər, Cəhribəyim...



Söyləyici mətni Nüzgarlı Novruz müəllimdən eşitdiyini dedi – top.
VI mətn

Nooruz bayramında qız-gəlin, hamı suyun üsdə gedirdi. Bir bədzat qızıdım. Mən də olara qoşuluf gedirdim. Suyun üsdə yekə-yekə belə qədimnən qalmış çinarrar vardı. Üş yerdən yüyürüh asılırdı. Hamısı aralı-aralı. Minirdih orda. Cəhribəyimi çağırırdı. Cəhribəyim, Məhribəyim. Arvatdar çağırırdı. İndi bu toylarda oynuyursan, belə halay bağlıyıllar gəlinin başına.

Usdubudu, ha usdubudu.

O kişi mənim dosdumudu.

Getdi bazara, gəlmədi,

Yaylıx aldı, vermədi.

Yaylığın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı öldürdülər.

Ağ balığa saldılar,

Ağ balığın üzü qara,

Mana da bir yaylığ aldılar.

Yaylığımın ücü qara,

Yolladım bekar yara.

Bekar yarı nə bilim neynədilər, yadımnan çıxıfdı qalan. Cəhribəyim, Məhribəyim, hamı heylə çağırırdılar. On qız, on gəlin beləsinə hərrənirdi. Bir-bir ortada. İndi qocalmışam mən. Birin deyirəm oynuya-oynuya. Onda zurna nəəzirdi, qaval nəəzirdi. Nağara nəəzirdi.

Yüyürühdə (yelləncəkdə – top.):

Bayram olcax cəmi doslar geyinir,

Mən də yarı qoşdum oların cərginə.

Gümüş piyalasına, əməl meyinə,

Məzə dodağına qurban olduğum.

Aaz, gəlin e, böyün bayramdı, Navrız bayramı. Gəlin e.

Bağların xəzəlisən,

Gözəllər gözəlisən.

Əlimi sənnən mən üzmərəm,

Sovdamın əzəlisən.
VII mətn

Rəhmətdih nənəm deyirdi ki, uşağıdıx. O Səmədov İdirisin babası, ana babası – Şahmar, o da imkannı, varrı adamıdı. O Maşannıdan gələn kanal var e, o Teymur Quliyev kanalı, onu düz o Maşannıdan, Mahmıtdıdan o kişi çəhdirif gətirmişdi. Nənəm deyirdi ki, Şahmar kişi suyu gətirəndə hammızı yığırdı, biz də balaca uşaxlarıdıx. Hammızda lapatqa, vedrə. Şeyir deyə-deyə gedirdih. Dalınca da deyirdi “Cəhribəyim”. Biz də xornan qışqırırdıx “Cəhribəyim”. “Cəhribəyimi”, – deyir, “oxuya-oxuya gedirdih”.



VIII mətn

Cəbrayıl rayonnun Nüzgar kəndində bir Cabbarov Nooruz məllim var. O Nooruz məllimin dediyinə görə, Cəhribəyim oyununda iştirak eliyib o. Amma yaxınnan yox. Deyir ki, kişi xaylaxları o oyunda iştirak eləməyə qoymurdular. Ancax kadınnardan ibarət olurdu. Həm də azyaşdı uşaxları orda qoymurdular iştirak eləməyə. Aralaşdırırdılar. Deyir ki, məsələn, belə sözdər vardı ki, orda, palazqulax Cəhrəbəyim, cəhrə-darax Cəhrəbəyim, tiyan-sənəh Cəhrəbəyim, təsələpapax Cəhrəbəyim. Belə sözdər vardı. Amma dediyinə görə, bu sözdər o bənddərin axırıncı misralarında olurdu. Həm də bir az hərbə-zorba kimi olurdu. Və özünün dediyinə görə, o sözdər bir az da zarafatyana deyilən sözdəriydi ki, orda balaca uşaxların ona görə iştirak eləməsi məsləhət görülmür. Kişi xaylaxlarının iştirak eləməsi ona görə məsləhət görülmür. Deyir ki, belə şeylər vardı. Belə hərbə-zorba şəkli. İndi görürsən bizim meyxanaları, o meyxanaların sonunda deyir, səni neyniyərəm, neyniyərəm. Hardasa bu Cəhribəyimin də sözdərində o formada şeylər olurdu.


ƏNZƏLİ
Ənzəli, ikiləri xan rəhbəri.

Üşdə bir yan vurallar.

Dörtdə təpik atallar.

Beşdə qulunc qırallar.

Altıda təkər keçəllər.

Yetdidə əl dəysin, ətək-pətək dəyməsin.

Səkgizdə palan qoyallar.

Dokquzda palan götürəllər.

Onda a hosana, hosana,

Keçi girdi bosdana.

Vurdum qılçası sındı,

Apardılar həkimə.

Həkim verdi vəkilə.

Vəkil dedi neyniyim ...



Söyləyici qalan mətni unutduğunu dedi – top.

Yeddidə əl dəyir, amma ətəh, qılçalar da dəyirsə, onda tullanan yanır. Yerdə dombalan qalxır, indi ətəyi dəyən dombalır.

Səkgizdə kurtqa kimi bir şey götürürsən atırsan belinə, keçirsən. Elə atırsan düşməsin. Qoyuf keçirsən üsdünnən, deyirsən səkgizdə palan qoyursan.

“Dokquzda palan götürəllər”, – deyif, kurtkanı da götürürsən.


RƏNG-RƏNG
Bir dəsdə uşax yığılır. Bir nəfər bunnarın başçısı olur. Bir nəfər də alıcı olur. Bir nəfər başçı uşaxların qabağında dayanır. Hər uşağa bir rəngin adını verir. Birinə sarı, birinə göy, qırmızı. Nə qədər uşax var, o qədər də onnara ad qoyur.

Oyun başdıyır.

Alıcı gəlip guya qapını döyür. Əliynən qapı döyən kimi eliyir, diliynən də deyir:

– Tuk, tuk!

Başçı deyir:

– Kimdi?


Alıcı:

– Mən.


Başçı:

– Nəyə gəlmisən?

– Rəngə.

– Hansı rəngə?

Rəng alıcısı ağlına gələn, ürəyi isdiyən bir rəngin adını çəkir.

Əyər dediyi o rəngin adı başçının dəsdəsində yoxdusa, başçı deyir:

– O rəng yoxdu.

Bu dəfə alıcı ayrı rəngin adı çəkir. Məsələn, deyir:

– Qırmızı.

Bu dəfə qırmızı rəng “qaçır”. Alıcı onu tutmağa çalışır. Qırmızı rəngi alıcı tuta bilsə, aparıf özü isdiyən bir yerdə saxlıyır. Tuta bilməsə də, tuta bilsə də, təzdən yenə alıcının yanına gəlir. Bu dəfə də bayaxkı sözdər təkrar olur. Alıcı növbəynən başqa rəngin dalınca gəldiyini deyir. Belə-belə oyun başçının dəsdəsindəki uşaxlar qutarana kimi davam eliyir.




Yüklə 3,1 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin