Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Hər şeyin təzəsi, dostun köhnəsi



Yüklə 2,22 Mb.
səhifə18/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   14   15   16   17   18   19   20   21   ...   92
Hər şeyin təzəsi, dostun köhnəsi
Bir dünyagörmüş kişinin təzə boya çatmış bir oğlu var idi. Bu oğlan hər gəlib-gedənlə dostluq edirdi. Adamların yax­­­­şı­lıqını istəmək nəzərdə tutub, öz ürəyinin sirrini hamı ilə araya qoyurdu. Atası bunu bir müddət nəzərdə tutub bunun dostlarını tanıdı. Anladı ki, oğlunun dövrəsinə yığışan adam­lar hamısı pula, yemək-içməyə yığışıblar. Bunların heç birinə yaman gündə köməklik intizarı ola bilməz. Buna görə də oğluna dedi:

─ Ay oğul, dünya həmişə belə qalmaz. Həmişə adamın pulu olmaz, cavanlıqı olmaz, çalış bir iddə düzgün, zəhmətkeş adamlarla dostluq elə. Yoxsa sonra peşiman olarsan.

Oğlan atasının sözündən narahat olub, belə dedi:

─ Ay ata, sən mənim dostlarımı tanımırsan. Bunlar hazırdırlar ki, mənim yolumda canlarından keçsinlər.

Ata oğlunun bu sözlərini eşidib narahat olub belə fi­kir­ləşdi. Oğul ki suyu kuzədə, günü bacada gördü, heç vaxt dün­yanı başa düşə bilməz. Buna görə də həyatda görməlidir ki, kimlə dostluq etsin, kimlə etməsin. Ona görə günlərin bir günündə oğluna dedi:

─ Oğul, gəl gedək bu dostlarını imtahan eləyək.

Oğul dedi:

─ Mən hazıram ata.

Atası bir dəstə qoyun-kəlləpaçası alıb doldurdu bir tə­lisə, kəllənin qanı təlisi buladı. Düşdülər yola, getdilər yetiş­dilər bir dostun evinə. Oğlan qapını döydü. Və dedi:

─ Dostum, mənim əlimdən bir xəta çıxıb, xahiş edirəm mənə köməklik elə.

Bu adamın gözü təlisə düşüncə oğlanı yaman-yozula ata­sı ilə bərabər qapıdan qovdu. Ata dedi ki, gəl başqa dostu­nun qapısına.

Onlar çox getdilər, az getdilər yetişdilər dostlarının qa­pı­sına. Yenə də oğlan atası deyən sözləri bu yoldaşına dedi. O da o biri dostu kimi qoymadı bunun sözü ağzından qurtarsın. Ta anladı ki, bunun ona işi düşüb, başladı onlara etiraz etməyə. Və onun bütün dostları müxtəlif bəhanələrlə onları rədd etdilər. Kişi işi belə gördükdə dedi:

─ Oğul, gəl mənim də bir qocalmış dostum var, onu da bir imtahan edək.

Kişi oğlanı salıb yanına birlikdə getdilər qocanın ya­nı­na. Qapını döyən kimi ev sahibi çıxdı qapıya. Ta gözü öz dos­tuna düşdü, onu bağrına basıb qoymadı ki, bir kəlmə söz de­sin. Axırda kişi dedi:

─ Vallah mənim bir işim xətaya üz verib. Bir nəfəri öldürüb doldurub bu təlisə. Əyər mümkün olsa, bu təlisi giz­lət, görək başımıza nə gəlir.

Kişinin dostu qoca təlisi tez ondan alıb, dedi:

Siz gəlib evdə istirahət edin, mən hər işi özüm gö­rərəm.

Kişi üzünü oğluna tutub dedi:

─ Oğul, gördün, dostla dostun nə qədər fərqi var. Əyər belə olmasaydı, atalar heç vaxt deməzdilər ki, hər şeyin təzəsi, dostun köhnəsi.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin