Hökmavar9 uzaq, kərdisi yaxın
Bir nəfər çox yalan danışarmış. Həmişə özündən tərif deyib və özünü bir zirək, qüvvətli bir adam kimi tərif edirmiş.
Günlərin bir günündə bir yerdə oturub belə deyir:
─ Mən bir dəfə Hökmavarda yeddi kərdini birdən atıldım. Orada olan adamlardan biri ki onun yalan deməsindən həmişə narahat olub və əza çəkirmiş, belə deyir:
─ Hökmavar uzaq, kərdisi yaxın. (Yəni bir iş görən adam olsaydın, indi də əlli-ayaqlı olardın).
Gön günah deyən şeyxlərdəndir
Ziyalı xalqımızın hər bayatısı və atalar sözü və məsəlləri həyatdan ilham alıb və demək olar ki, həyatın eniş-yoxuşunu, zülmkarların nifrətli yaşayışlarını, riyakar və fırıldaqçı din xadimlərinin pərdə dalısında olan kəsif həyatlarını ateisti məsəllərdə, hekayələrdə, tənzlərdə çox incəliklə aydın surətdə göstərmişdir. Bu “Gön günah deyən şeyxlərdəndir” məsəlinin kökü belədir:
Təbrizdə bir bazar vardır ki, orada gön satanların mağazası vardır. Bu səbəbə görə ora gönçün bazar deyərlər. Bu bazarda belə rəsm vardır ki, əyri olan gönləri hər mağazanın qabağında yerə salarlar ki, gəlib-gedən onların üstündən keçib və onlar bala-bala xəlqin ayaqının altında düzəlsin.
Xalqın namusuna və ənənəsinə xor baxan şeyxlər ki yaşayışları zəli təki qansormaqla keçir, məmulən bu bazardan keçən şeyxlər çalışırdılar ki, o gönləri ayaqlamasın. Və bunun da səbəbi belə deyirdilər ki, çün imkanı var gön sahiblərinin rizayəti olmasa bu işi görmək günah sayılar. Ona görə də razı olmayırlar ki, gönləri ayaqlasınlar. Düşünən xalqımız bunların bu boş-boş sözlərinə inanmayıb onlara günah deyən şeylər ünvanını verməklə onları daha da rüsvay edirlər.
Sən çaldın
Cənubi Azərbaycanda Ərdəbil şəhəri tütək düzəldən sənətkarların yeri idi. Və oranın tütəyi bütün Azərbaycanda məşhur idi. Buna görə də Azərbaycanın müxtəlif yerlərindən Ərdəbilə səfərə gedən adama həmişə tütək almaq sifarişi edərdilər.
Günlərin bir günündə bir nəfər Ərdəbilə getmək fikrinə düşür, hər gələn buna tapşırıq verir ki, qayıdanda mənə də bir tütək gətirərsən. Bu da naçar qalıb onların sifarişini qəbul edərdi. Bunların içində bir nəfər var idi ki, o, düşüncəli bir adamdı. Əlində pulu o səfərə gedən adama verə-verə ondan xahiş edir ki, ona da bir tütək alsın. O adam ondan pulu alıb deyir:
─ Sən çaldın.
Dostları ilə paylaş: |