(doşab) dadı yox idi ha... Bir gün bir kəndli şəhrə gedir, işini görüb qurtarandan sonra aclıq buna qalib gəlir. O yana - bu yana bir yeməli bir şey tapa bilməyib, avara-avara gəzirdi ki, gözü bir başmaqçı dükanına düşür. Başmaqçının tağarı15 doludur su ilə. Bu suyun rəngi qırmızı olduquna görə kəndli belə fikir edər ki, doşabdır. Buna görə də bir neçə qran pul verib, başmaqçıdan bir kasa tağardan ona su versin. Başmaqçı da tağarın suyundan götürüb kəndliyə verir. Kəndli bir az bu tağara çörək doğrayıb yeyəndən sonra hiss edir ki, bunun dadı yoxdur. Üzünü başmaqçıya tutub deyir: ─ Demə ki, kəndlidir, bilmədi, doşovun (doşab) dadı yox idi ha...