Məkə və ya qarğıdalı
Bu qarğıdalının tellərini əttar mağazinlərində və ya evlərdə qurudub saxlayırlar. Ondan səfranın kəsilməsində istifadə edirlər.
İtburnu
İtburnunun həm özündən və həm də onun qozasından soyuqdəymədə, böyrək ağrılarında və s. istifadə olunur.
Babanək
Babanəkə bəzən babunə də deyirlər. Bunun dadı tünd acı olduğuna görə nabat və ya qənd qatırlar. Bundan revmatizm xəstəliyində və ya tutulan damarların açılmasında istifadə olunur.
Yarpız
Bu bitki ümumən bulaq başında və ya su arxlarının qırağında bitir. Bundan aş düzəlir və ya yeralmasına (kartof) onun tozunu qatıb yeyirlər, ya da çay kimi dəmləyib içirlər. Bu bitkidən də soyuqdəymədə və ya boğaz ağrısında, iştəhasızlıqda istifadə edirlər.
Dostları ilə paylaş: |