Dəfn korteci orta sürətlə Göyçaya irəliləyirdi
Maşının aynası açıq olsa da içərisi çox isti idi. Deyəsən elə bu boğanaq isti yadıma məni dərindən injidən və təəssüfləndirən bir hadisəni saldı. 1968-ji ilin yayını. Əli ailəsi ilə hər il olduğu kimi Kislovodskidə istirahətdə idi. Oraya çatandan bir neçə gün sonra Remarkın yenijə çapdan çıxmış (rus dilində) «Nisyə həyat» adlı romanını göndərmişdim. Orası yadıma gəlmir ki, telefonlamı əlaqə saxlayırdıq, yoxsa teleqrafla. Mən hələ yazdan bir neçə həmkarlar təşkilatından xahiş etmişdim ki, Şimali Qafqaz sanatoriyalarından birinə, daha doğrusu ən yaxşısına putyovka olarsa, məni xəbərdar etsinlər, əgər getmək istəməyən olarsa. Və yayın ən gözəl aylarından biri üçün Kislovodskinin ən bahalı – Orjonikidze adlı sanatoriyasına putyovka olduğunu xəbər verdilər. Fikirləşmədən aldım. Anam üçün sürpriz eləmək istəyirdim. Əvvəllər xalq hakimi, sonralar uzun müddət notarius işləməsinə baxmayaraq, Tbilisi istisna olmaqla Azərbayjandan kənara çıxmamışdı. 1938-ji ildə atamız həbs olunandan sonra bizi daima sürgün olunmaq təhlükəsi altında qorxu və zülmlə böyüdə bilmişdi. İndi növbə bizim idi. Anam getmək istəmədiyini qətiyyətlə bildirdi. Məlum idi, nəvələrini «yerli» yaylaqda qoyub bahalı Kislovodsk kurortuna getmək istəmirdi. «Orada tanıdığım tanış-biliş yox, bu yaşımda elə mənə yaraşır Kislovodsk». Dedim ki, Bakının, Gənjənin yarısı bu saat Kislovodskdadır, yüz tanışa, qohuma rast gələjəksən, bir də sanatoriyanın içində yüz jür müalijə qəbul edəjəksən, vaxtın nejə gəlib keçdiyini heç bilməyəjəksən. Nə qədər dedimsə beyninə batmadı, qüssələndim, elə bil zəhmətim havayı getmişdi. Nəhayət axırınjı ümidimə əl atdım. Dedim ki, bəs Əli Kərim də ailəsi ilə orada istirahətdədir, sənə həyan olarlar lazım gələrsə. Deyəsən bu anamın beyninə batdı. Əlinin ailəsindən, uşaqlarından xoşu gəlirdi, Əlinin də xətrini çox istəyirdi, jəmi iki-üç dəfə görməyinə baxmayaraq. Söz düşəndə «Əli çox yaxşı insandır» deyərdi həmişə. Anam getməyə razılıq verəndən sonra Əli ilə əlaqəyə girdim, hansı tarixdə Kislovodskda olajağımı bildirdim. Fikirləşirdim ki, bir üç gün də özüm otaq tutub qalaram, Əli ilə doyunja söhbət edərik. Yəqin romanı da oxusmuş olardı, təəssüratını da bilmək istərdim. Qatar bir neçə saat Bakıda dayandı (daha doğrusu bizim vaqonumuz). Nəhayət Kislovodska yol aldıq. Qatar Kislovodsk dəmir yol stansiyasına daxil olanda mən artıq pənjərədən perronu seyr etməkdə idim. Əli göründü, ailəsi də, əl elədilər, çox sevindim, lakin uzun sürmədi bu sevinj. Əgər Əli bizi qarşılamağa gəlmişdisə yanlarındakı çemodanlar nə idi? Özümə təskinlik verdim ki, «yəqin yanlarında dayanan adamlarındır». Qatar dayanan kimi Əli vaqona çıxdı, görüşüb öpüşdük.
Anamın çemodanını götürdü, perrona düşdük, ailə üzvləri də artıq burada idi. Vağzala uşaqlı, böyüklü gəlmələrini irad tutanda Əli dedi ki, biz elə bu qatarla Bakıya qayıdasıyıq. Niyə, nə üçün? Əli nə isə jiddi bir məsələ ilə səbəbləndirdi qayıtmalarını. Artıq kirayə etdikləri mənzili təhvil vermiş, qatara da bilet almışdılar. Anam məndən artıq mütəəssir olmuşdu. Əlinin gətirdiyi səbəb ona görə yadımda qalmadı ki, uydurma idi. Bunu mənə bir neçə ay sonra Bakıda açıb dedi. Belə ki, ailənin istirahət mövsümünün sonuna qədər onları dolandırajaq (girləyəjək) pulu ya evdən aparmışdılar, yaxud haradasa itirmişdilər. Bunu biləndə mən Əlidən möhkəm injidim. Əvvəla mənim təxminən bir həftəlik Kislovodskda qalmaq üçün artıqlaması ilə pulum vardı, ikinjisi, anama da xeyli əlavə jibxərjliyi vermişdim. Bunlar bir yerdə Əlinin ailəsini heç olmasa bir on beş gün rahat dolandıra bilərdi, mənsə Gənjəyə qayıdıb həm onlar üçün, həm də anama pul göndərə bilərdim. Və Əli də yayın ajı istisində körpələrini Bakının təndirinə qaytarmazdı.
Əlidə heç kəsə əziyyət vermək, heç kəsi xərjə salmaq xasiyyəti yox idi. Əlidən ayrılandan sonra anamla Orjonikidze sanatoriyasına getdik, həqiqətən əzəmətli, gözəl, müalijə və istirahətin yüksək səviyyədə nümunəvi təşkil olunmuş gözəl bir sanatoriya idi. Elə girəjəkdə məşhur özbək-Azərbayjan şairi Maqsud Şeyxzadə ilə salamlaşdıq. Bilmirəm Bakıdamı, Gənjədəmi tanış olmuşduq…
Əli ilə sənət məsələləri ətrafında söhbətlərimiz, hətta mübahisələrimiz çox olub, Əslində bizim başqa mövzularda söhbətlərimiz ya heç olmurdu, ya da çox az və qısa. Çox təəssüf edirəm ki, əsl sənətə dair mübahisələrimizin yalnız birjəjiyi xatirimdə nisbətən aydın və nisbətən təfərrüatlı qalıb. Əli deyirdi ki, ümumiyyətlə sənət əsərinin sücetə ehtiyajı yoxdur. Təbii ki, Əli bunu özü fikirləşib tapmamışdı, o, Qərbi Avropa ədəbiyyatını izləyirdi, orada ədəbiyyatşünaslıqla bağlı irəli sürülən yeni məsələlərlə də maraqlanırdı. Sücetsizliyə dair fikirlərə mən də təsadüf etmişdim, lakin buna xüsusi diqqət ayırmağı lazım bilməmişdim (Əslində bu məsələyə ədəbiyyat nəzəriyyəsi fənnindən dərs dediyim üçün mən daha çox fikir verməli idim). Əli bir az da gülə-gülə deyirdi: «Dünyanı yaradan onu hər hansı bir sücet üzrə yaratmayıb. Sən dünyada sücet əlamətləri görə bilirsənmi? Biz heç yaradanın dəsti-xəttini də hiss eləmirik. Sanki dünya heç kəsin iradəsindən asılı olmayaraq öz-özünə kortəbii yaranıb, dünyanın gözəlliyinin bir sirri də elə bunda deyilmi? Sən özün belə bir ifadəni azmı eşitmisən: olduqja gözəl bir əşya haqqında deyirlər ki, heç elə bil əl dəyməyib». Sücet hiss olunanda hər hansı bir əsər süni görünə bilər. Və artıq çoxbilmiş oxujular əvvəljədən deyə bilirlər ki, bu epizodun sonu nə ola bilər, əsər nə ilə bitəjək. Ona görə də mən sücetsiz əsər tərəfdarıyam.
Mənsə deyirdim:
- Dediklərində həqiqət var, anjaq yazıçı heç bir zaman sənin nəzərində tutduğun yaradanın qüvvəsinə malik ola bilməz, onun durduğu məqamda dura bilməz, onlardan biri yaradandır, o biri yaradılan. İkinjisi, heç mənim inanmağım gəlmir ki, Yaradan heç olmasa fikirləşməmişdi ki, nəyi əvvəljə, nəyi isə sonra yaratmaq gərəkdir. Üçünjüsü, yaradıjı adam yaranmışın, yəni dünyanın, həyatın bir kiçik hissəsini götürüb onda bütövü göstərmək istəyir; bu zaman o istər-istəməz həyat parçasını istədiyi kimi göstərmək üçün müəyyən əməliyyatlar aparmalıdır, hadisənin nizamla məntiqəuyğun inkişafını göstərə bilmək üçün müəyyən bir xətt yaratmalıdır.
- Elə o həmin xətt əsərdəki hadisələrin quramalığını göstərəjəkdir. Axı insanlar həyatda hər hansı bir müəyyən xətlə hərəkət etmirlər.
- Axı bədii əsər bilavasitə həyatın özü deyil və özü də ola bilməz. Bədii ədəbiyyat olsa-olsa həyatın imitasiyasıdır. Bəyəm sənin «Üçünjü atlı»nın, «İlk simfoniya»nın sücet xətləri yoxdurmu?
- Bəyəm onların sücet xətləri hiss olunur? – Əli təəjjüblə üzümə baxdı.
- Əli, sən özün imkan verdin ki, biz bu məsələ ətrafında söhbətə yekun vuraq.
- Nejə vurajaqsan yekunu, biz hələ təzə başlayırıq.
- Sən bir ifadə işlətdin sualında: «Bəyəm onların sücet xətləri hiss olunur?» dedin.
- Nə olsun.
- O olsun ki, sən də süceti inkar etmirsən. Anjaq istəyirsən ki, sücet hiss olunmasın, onun əlamətləri gözə görünməsin.
- Hə – dedi Əli.
- Ona görə də gəl «şəffaf sücet» terminini qəbul edək. Çünki hətta şeirlərinin də əksəriyyətinin özünə məxsus sücetləri var.
Çətinliklə də olsa Əlini razı sala bildim… Bilmirəm, bəlkə aradakı xətir-hörmətə görə razılaşdı, amma yox, belə mətləblərdə Əli güzəştə gedən deyildi.
Əlinin şeirlərinin bəzi misraları mənə nahamvar görünürdü. Belə güman edirdim ki, Əli məzmunu formaya qurban verməmək xatirinə müəyyən misraların jilalı olması qayğısına qalmır. Mən, əlbəttə, yanılırdım. Əli bəzən sözlərin yerini qəstən elə dəyişdirirdi ki, qulaq o misraların səslənməsinə alışmamış olsun. Əlinin intonasiyası özündən əvvəl gələn şairlərinkindən elə bilirəm kəskin fərqlənirdi. Axıjılığa gəldikdə, Əli tək şeirlərində yox, epik poemalarında da ən yüksək şeiriyyətə nail ola bilmişdi. Onun şeirin arxitektonikasına xüsusi diqqət yetirdiyini sonradan müşahidə edə bildim. Əvvəllər onun nahamvar zənn etdiyim misraları barədə fikirləşirdim: Asfaltı yaran çiçək də sərt olur. Əlinin bəzi misraları nahamvar görünə bilər, o, betonu dəlib gəlib.
Əli Azərbayjan şeirinin səslənməsinə məftun idi. Çox böyük qürur hissi ilə Literaturnı institutda rus şairi Luqovskoyun dediyi sözləri tez-tez xatırlayar və təkrar edərdi. Əli deyirdi ki, Luqovskoyun fikrinjə şeir dünya xalqlarının heç birinin dilində Azərbayjan dilində olduğu kimi ahəngdar, musiqili səslənmir. Luqovskoy deyirdi ki, heç bir dildə bu jür gözəl səslənən misra yoxdur:
Qaqqıldaşa qaqqıldaşa durnalar?
Bu «q»ların, bu «ş»ların belə düzümü hansı dildə var? Və sözlərin belə ahəngdar düzümü hansı dildə ola bilər? Əli bunu elə vəjdlə deyirdi ki, sanki dünya onun idi.
Mən xeyli sonralar ədəbiyyatımızdakı «Durnalar» adlı şeirləri nəzərdən keçirdim və həmin misranın Qasım bəy Zakirə məxsus olduğunu gördüm.
Bir saat havada qanad saxlayın,
Nizam ilə gedən qoşa durnalar!
Qatarlanıb nə diyardan gəlirsiz
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Təəssüf ki, Azərbayjanda klassik şairlərimizin əsərlərinin dərinliklərinə dalmağı, nüfuz etməyi bu qaydada öyrədənlər olmamış və indi də yoxdur. Fitrətən əsl şair olan, şair doğulan Əli Moskvadakı təhsil illərində görkəmli və ustad rus şairlərindən şeirin, bəndin, beytin, misranın, sözün, hejanın, hərfin anatomiyasına nəzər salmağı öyrənib qayıtmışdı. O məziyyətlər ki, əsl şeirdən tələb olunur, onların hamısının Azərbayjan poeziyasında bol-bol olduğunu Əli böyük iftixar hissi ilə müşahidə eləmişdi.
Əli öz müşahidələri əsasında yeni, təravətli ədəbiyyat nəzəriyyəsi kitabı belə yazmağa tam hazır idi.
Bakıda olarkən Əlini düz yaşadığı binanın həndəvərinə qədər yola salmaq elə bil Allah tərəfindən mənə tapşırılan bir vəzifə idi. İndi-indi mən anlayıram ki, bütün bunlar Əlini «kənar təsirlərdən qoruya-qoruya evə sağ-salamat çatdırmaq» üçün imiş. O zaman Əli Montin qəsəbəsində qaynatasıgildə yaşayırdı. Əvvəl kirayə etdiyi otağın sahibi nə jür oyunlar çıxarmışdısa da Əli ailəsi ilə oranı tərk etmək məjburiyyətində qalmışdı. Əli həmin evin sahibinə o qədər nifrət eləyirdi ki, otaqda qoyub gəldiyi bir sıra müxəllafatın dalınja da getməmişdi. Montindəki mənzil üç otaqdan ibarət idi, müasir tələblərə tam javab verirdi. Lakin bizim dərin kökləri olan ənənələrimiz kürəkənin qaynata evində qalmağını müsaidə etmirdi. Mən o zaman müşahidələrim əsasında bu qənaətə gəlmişdim ki, Əlinin gələjək xoşbəxt həyatı onun özünə və ailəsinə məxsus olajaq mənzildən asılıdır. Bu barədə mülahizələrimi Rəsul Rzaya da yazmışdım və ona böyük ümidlər bəsləyirdim. Məktubu bir də ona görə yazmışdım ki, bilirdim: Əli min ilə qala utandığından bu barədə ona bir söz deməz. Həmin məktubun bir parçasını Feyzi sonralar Əli haqqında yazdığı kitabda verəjəkdi.
«Əziz və doğma Rəsul müəllim, salam!
Bu kiçik məktubu yazmaqda məqsədim Sizin diqqətinizi dostum və qardaşım Əli Kərimin şəxsi həyatına yönəltməkdir. Onun gözəl şair və insan olmasını Siz çox yaxşı bilirsiniz. İş burasındadır ki, Əlinin üzünə irişən bəzi bədxahlar onun yaradıjılığına irad tuta bilmədiklərindən haqqında saxta lətifələr quraşdırıb, orda-burda qeybət edir, ijtimaiyyət arasında onu gözdən salmağa, içkibaz kimi qələmə verməyə çalışırlar. Halbuki onların çoxu bu sahədə gödən yırtır, amma Əlinin adı bədnamdır. Mən Əlini heç də suya çəkmək fikrində deyiləm. Əli bəzən ölçü hissini itirib kimlə içməyin fərqinə varmır.
Rəsul müəllim, Əli ilə yaşımız eyni olduğuna görə mən ona bu sahədə təsir göstərməkdə ajizəm. Bir də ki, mən burada, o, Bakıda. Həm də bizim dostluq müqaviləmizdə belə bir maddə var: «Bir-birimizə nəsihət verməyəjəyik., lazım gəlsə qəzəblənəjəyik» (Heç Əliyə də qəzəblənmək olar?)
Rəsul müəllim, Əli öz həyatını normal qura bilməmişdir. Onun indiyə kimi evi yoxdur. Qaynatasıgildə (Montin qəsəbəsində) olurlar. Qeyri millətlərdə qaynata evində yaşamaq bəlkə adi bir haldır, lakin bu hələ bizim ənənəmizə daxil olmamışdır. Müşahidələrim əsasında deyə bilərəm ki, Əlinin arvadı çox gözəl, əzmli, savadlı və yüksək zövqlü bir insandır. Əlini çox gözəl başa düşür. İki də qəşəng oğlanları var. Əlinin qaynatası da, qaynanası da yaxşı adamlardır. Lakin bütün bunlara baxmayaraq Əli özünü orada sərbəst hiss edə bilmir. Bəzən içmək meyli də buradan doğur.
İkinjisi, Əli görür ki, o qazansa da, qazanmasa da ailə dolanır. Mənjə ailə qayğısı heç də yaradıjı adamı əsas işdən ayırmır. Bəlkə də bu qayğı onu müəyyən məqsədə yönəldir, intizamlı edir, çalışqan edir, sürətlə iş gördürür və sairə… Elə eləmək lazımdır ki, ailəsinin qayğısını tək Əli özü çəksin. Bunun nətijəsində Əlinin haqqındakı xırda-para söhbət də öz-özünə aradan çıxar. Bütün bunlar üçün hər şeydən əvvəl Əliyə ev lazımdır…»
Yaşıdlarıma nisbətən mənim ierarxiyaya daxil olan yazıçılarla görüşmək imkanlarım çox idi. Onların Gənjədə keçirilən yubileylərinin əsas təşkilatçısı mən olurdum. Moskvadan, Leninqraddan, başqa respublikalardan şəhərimizə gələn nümayəndələri çox zaman bizim böyük yazıçılarımız müşayiət edirdilər. Onlarla söhbətlərdə həmişə Əlidən söz salardım, onun mənzilsiz olduğunu xatırladardım. Mən mənzil məsələsinin bu qədər ağır problem olduğunu təsəvvürümə gətirə bilmirdim. Baxmayaraq ki, özüm də mənzil alana qədər çox əziyyət çəkmişdim.
Günlərin bir günündə (il, ay, gün yadımda deyil) Mehdi Hüseynin fajiəli vəfatından sonra Yazıçılar İttifaqının on nəfər, əsasən javan və neytral, yəni heç bir dəstəyə, filana qoşulmayan üzvünü Azərbayjan KP MK-ya dəvət etdilər. Əlbəttə, çağırılanların neytrallığı nisbi olmalı idi. Onlardan yalnız altı nəfəri yadımda qalıb. Qulu Xəlilov, Əli Kərim, Jabir Novruz, Əkrəm Əylisli, Araz Dadaşzadə və mən (Qalan dörd nəfər bağışlasın məni) Əvvəljə mən bu dəvətə o qədər də əhəmiyyət vermirdim. İttifaqda ierarxiyaya yaxın olan çox istedadlı (təxminən yaşıdım olan) bir yazıçı məni xəlvətə çəkib Mərkəzi Komitədə nə danışajağım barədə təlimat verməyə başladı, özünü də elə göstərirdi ki, guya qardaş imiş mənimlə. Dediklərinin çoxu yadımdan çıxıb. Bir mətləb yaxşı yadımdadır, onun «təlimatına» əsasən mən «Ədəbiyyat və injəsənət» qəzetinin o zamankı redaktoru Qasım Qasımzadənin əleyhinə danışmalı idim, guya İttifaqdakı bütün narahatlıqların səbəbkarı o imiş. Mən isə Qasım müəllimi İttifaqda ən abırlı adamlardan biri hesab edirdim. Həmin yazıçıya qısa və sərt dedim:
- Nə danışajağımı özüm çox yaxşı bilirəm.
Təxminən bir saatdan sonra gördüm həmin adam həmin yerdəjə Əkrəm Əylislini yaxalayıb, dil-dil ötür. Təbii ki, mənə dediklərini indi də Əkrəmə təlqin edirdi. Bayaq ona ajığım tutmuşdu, indi isə nifrət etdim. Ona görə ki, ötən gün həmin yazıçı başqa bir nisbətən gənj yazıçı ilə Əkrəmin qeybətini qırırdı, guya Əkrəm oricinal yazıçı deyil, üstəlik «bezdarnı»dır. Nə isə, İttifaqda belə şeylər çox olub. Hər halda, MK binasında fürsət tapıb Əkrəmə dedim ki, özünün, yalnız özünün müşahidə elədikləri qüsurlardan danışsın, özgələrin dediklərini kənara atsın. Əkrəm mənə dedi ki, «səni başa düşdüm». Sonra məlum oldu ki, tam başa düşməyib, çıxışında qəzetin ünvanına bir neçə söz deyib. Ümumiyyətlə, yüksək istedadı olan Əkrəm hədsiz dərəjədə sadəlövh görünür. Onu aldatmaq su içmək qədər asandır. Onu yaxşı təmin olunmuş qəsrə salasan, kağızını da bol eləyəsən, yazsın özü üçün. Doğulub, böyüyüb boya-başa çatdığı ailədə ona Yazıçılar İttifaqında jərəyan edən oyunlardan heç kəs, heç nə qədər təlim keçməyib. Həmin kəndin saf psixologiyası ilə İttifaqda girlənmək mümkün olan şey deyil. Nə isə o biri çıxışlardan yadımda heç nə qalmayıb. MK-da bizi qəbul edib dinləyənlər aşağıdakılar idi: MK katibləri – Xasay Vəzirov (ideologiya üzrə), Əli Əmirov (sənaye üzrə), Əli Kərimov (xatirimdə deyil onun vəzifəsi, bəlkə Bakı şəhər Partiya komitəsinin birinji katibi), Sərvər Aslanov (MK ideologiya şöbəsinin müdiri), Əziz Mirəhmədov (onun müavini). Əli Əmirovla Əli Kərimovun burada iştiraklarının mənası mənə qaranlıq qalmışdı. Məsələnin qoyuluşu belə idi: Yazıçılar aləmində baş verən xoşagəlməz hadisələrin səbəbi və mənbəyi nədədir? MK işçilərinin ən ehtiyatla yanaşdıqları adam Qulu Xəlilov idi. Axıra onu saxlamışdılar. Hiss etmişdim ki, mənə söz vermək planlarında yoxdur. Quluya söz verildi. Mətbuatda kəskin çıxışlar edən Qulu indi diplomatik danışığı əsas götürdü. Təxminən dedi ki, «iki jəbhəyə bölünüb səngərləniblər. Atışırlar, vuruşurlar».
Gərək ki, Xasay Vəzirov dedi ki, «vuruşduqlarını bilirik, səbəbini öyrənmək istəyirik».
- Səbəbini özlərindən soruşun – dedi – Qulu.
Xasay Vəzirov söhbəti yekunlaşdırmaq istəyirdi, mən söz istədim.
- Zənnimizjə kifayətdir – dedi – Vəzirov.
Bir nəfər də əyalətdən gələnə söz verin – dedim.
Əli Əmirov da, Əli Kərimov da mənə söz verilməsində təkid etdilər.
Nəhayət söz verildi.
- Yazıçılar arasında baş verən xoşagəlməz hadisələrin bir mənbəyi buradadır – dedim.
Bu iştirakçıların hamısı üçün, istisnasız, gözlənilməz oldu. Ən güjlü reaksiyanı Xasay Vəzirov verdi:
- Nejə yəni, hansı əsasla deyirsiniz?!
Əlbəttə, mən ona birbaşa bildiklərim və düşündüklərim əsasında javab verə bilməzdim, sözümü elə oradaja kəsərdilər, mən onların öz leksikonlarında öz terminləri ilə danışmalı idim, buna da hazır idim.
- Bədii ədəbiyyata partiya rəhbərlik etməli deyilmi? Hazırda Mərkəzi Komitənin yazıçılara peşəkar rəhbərlik etmək imkanları çoxdur, mən Əziz Mirəhmədovun burada işləməsini nəzərdə tuturam. Lakin yazıçılara olan rəhbərlik təsirsizdir. MK-da İttifaqda baş verən hadisələrə müşahdəçi mövqeyindən baxırlar.
Xasay Vəzirov mənim sözümü əsası olmayan bir iddia ilə kəsmək istədi:
- Axı elə yazıçılar var ki, partiyanın üzvü deyil, biz onlara nejə təsir göstərə bilərik?
- Yazıçılar İttifaqının Nizamnaməsi, partiya Nizamnaməsi kimi bir şeydir – dedim. Əslində mən o nizamnaməni heç görməmişdim, anjaq sözüm təsir elədi, daha mane olmadı. Davam elədim – MK İttifaqda baş verən nalayiq hadisələrin nəinki qarşısını almağa təşəbbüs göstərmir, mənə elə gəlir ki, bu hadisələri müşahidə etməkdən bir az da zövq alır…
Əslində mən bildiklərimin jüzi hissəsini dilimə gətirirdim. Mən 50-ji illərdən ədəbi mühitdə baş verən hadisələri müşahidə eləmişdim. MK-dakı yoldaşların yazıçılara «qayğı», «rəhbərlik» və başqa münasibətlərinin şahidi olmuş və görmüşəm ki, həmin yoldaşları yeni meydana çıxan bədii əsərlər heç də maraqlandırmır. Onları yazıçılar arasında münasibətlər, daha doğrusu, pis münasibətlər daha çox maraqlandırır. Yazıçılar aləmindəki çəkişmələrə, söyüşmələrə ağızları sulana-sulana qulaq asardılar, yazıçı yığınjaqlarında iştirak etmiş kuratorları yaxalayardılar – kim kimə söydü? «Deyirlər M.Rahim filankəsi yaman eləyib», «Deyirlər Əli Vəliyev elə qışqırıb ki, pənjərələr jingildəyib». Deyirlər lap «dartma yaxam jırıldı» olub. Kuratorlar da gördüklərinin üstünə bir az da qoyub şirin-şirin danışardılar olub keçənləri, böyüklər də gedib arvadlarına söylərdilər gejələr… MK-ya bu xeyir eləyirdi. Yazıçılar ijtimai hadisələrə hədsiz həssas adamlar olduqlarından diqqətlərini əsas mətləblərdən yayındırmaq üçün onları bir-birinin üstünə salışdırırdılar. Sakitlik çökən kimi bir də gördün ortalığa «yalançı xəlqilik» və ya «ənənə və novatorluq» problemləri atır, meydanı yenidən qızışdırırdılar. Sənətkarların əsəbləri tarıma çəkilir, beyinlərinə qan vurur, ömürləri mişarlanırdı. Yoldaşlar MK qülləsindən bir-birinə söz yarası vuran yeni dövrün mənəvi qladiatorlarına, eyni sinfə mənsub olduqları halda bir-biri ilə «sinfi mübarizə» meydanına atılmış bu yazıq adamların ölüm-dirim savaşına ləzzətlə baxırdılar.
Əlbəttə, mən burada bildiklərimin və düşündüklərimin hamısını deyə bilməzdim. «MK işçiləri yazıçıların münasibətlərindən həzz alır» jümləsi də kifayət edərdi. Bu jümləyə nədənsə etiraz eləmədilər. Bəlkə düşündülər ki, mənim arxamda kimsə böyük bir qüvvə durub (Zəmanə elə zəmanə idi. Mən hamının qorxduğu KQB işçilərinin yeri gələndə hədsiz qorxaq adamlar olduqlarını öz gözlərimlə görmüşəm).
Gördüm hamı gözlərini mənə zilləyib sözümün davamını gözləyir. Davam elədim:
- İkinjisi, - dedim – Yazıçılar İttifaqındakı münaqişə mənbələrindən biri də əmək haqqı alan yazıçılarla əmək haqqı almayan yazıçılar arasında heç bir fərqin olmamasıdır. Görkəmli yazıçıların bir qismi bulvarda gəzir, bir qismi də İttifaqda kabinetlərdə əyləşib, hər ay vaxtlı-vaxtında əmək haqqı alır. Bulvarda gəzənlər deyirlər: «Biz də işləmirik, onlar da, nə üçün onlar əmək haqqı alır, biz yox?»
- Onlar yəni doğrudan işləmir?
- İşləmirlər – dedim, əgər işləsə idilər, bizi bu gün buraya çağırmazdınız – işləyirlərsə də özləri üçün işləyirlər. Respublikada ədəbi proqress diqqətdən kənarda qalıb, gənjlərin yaradıjılıqları ilə maraqlanan yoxdur. Teleqraf stili deyilən bir stillə yazan bir dəstə gənj meydana çıxıb. Çıxıb, çıxsın. Məsələ burasındadır ki, onlar klassik Azərbayjan ədəbiyyatının inkar yolunu tutublar, iş o yerə çatıb ki, Mirzə Jəlili də danırlar. Halbuki onların hamısı bir yerdə «Poçt qutusu»nun bir künjündə itərlər. Gənjlərin yaradıjılığı ilə Yazıçılar İttifaqı məşğul olmalıdır, bu mühüm mətləb diqqətdən kənarda qalıb (Həqiqətən də o dövrdə Mirzə Jəlil yaradıjılığını lağa qoymaq bir dəb halını almışdı, jəmi bir-iki ildən sonra xüsusən gənjlər arasında Mirzə Jəlil yaradıjılığına maraq böyük bir sürətlə artdı). Mən o zaman çoxlarını maraqlandıran və narahat edən bir məsələyə toxundum. Halbuki gözləyirdim ki, həmin məsələyə Qulu toxunajaq. Lakin, görünür, Qulu buraya kimlərləsə əməlli-başlı məsləhətləşib gəlmişdi. O bu məsələdən yan keçdi. Mənsə fikirləşirdim ki, respublikada buradan yüksək tribuna yoxdur, ürəyimdə nə varsa deməliyəm, bir də kimdir məni bura dəvət edən, bir fursətdir de nəyi lazım bilirsənsə. Davam elədim: - İndi yazıçı övladlarının valideynlərinin yolunu davam etdirməsi bir dəb halını alıb (o zaman təxminən on beş yazıçı övladı yavaş-yavaş çap olunmağa başlamışdı). İttifaqa gələn yaşlı yazıçının kenquru kimi kisəsindən bir, ya da iki uşağın başı boylanır. Yazıçılar İttifaqının müəyyən mərtəbəsinə on beş-iyirmi il müddətinə qalxmış kimsəsiz, qəyyumsuz javan yazıçı yanını qoyub dinjəlmək istəyəndə bir də görür ki, həmin mərtəbənin liftinin qapısı açıldı və ədəbiyyata dünən gələn yazıçı balası qoltuğunda papka çıxdı mərtəbəyə və üz qoydu gərəkli qapıya. Əgər bizim yaşlı yazıçılar ədəbi nəsil yetişdirməyi övladlarını Yazıçılar İttifaqına qəbul etdirməkdə görürlərsə, onlar sonsuzdurlar. Otuz yeddi-otuz səkkiz illik uzaqlıqda deyilmiş bu sözlər indi qəribə və bəlkə də əjaib səslənir. Kimə nə dəxli var ki, bir ailədən neçə adam yazıçı və ya şair olajaq. Kapitalist ölkələrində belə hallar maraqla qarşılanır, təqdir olunur, haqqında yazılır və sairə. Bəli, bu indi belə səslənir. O zaman isə Yazıçılar İttifaqı dövlətin bir hissəsi, faktiki olaraq dövlət idarəsi idi. Nə deyirlər desinlər, istər adını ijtimai təşkilat qoysunlar, istər yaradıjı təşkilat, raykom katibləri, ijraiyyə komitə sədrləri nejə və hansı üsulla seçilirdisə, Yazıçılar İttifaqının rəhbərliyi də o qayda və üsulla seçilirdi (Daha doğrusu, təyin olunurdu). Ali sovetdə də Yazıçılar İttifaqının üzvləri başqa idarə və təşkilatların işçiləri kimi təmsil olunurdular. Təbii ki, valideynsiz yazıçılar nə vaxtsa vəzifə tutmaq və ya deputat olmaq arzusu ilə yaşayırdılar (çox nahaq!). Yazıçı balalarının İttifaqa axını bu arzuları dumana bürüyürdü. Yazıçı övladları ədəbi mühitə bağlı idilər, ailə kitabxanaları, müxtəlif əlaqələr onların əksərinə yaxşı intellektual səviyyə təmin edirdi, onların yaxşı mütaliələri vardı, lazım gələndə bu, istedad çatışmazlığını əvəz edirdi. Oxujular isə bir çox hallarda əsl, həyatdan gəlmə peyvənd ədəbiyyatla kitabdan gəlmə, ustalıqla, mükəmməl texnika ilə yazılmış belletristikanı fərqləndirə bilmirdilər; bir sıra hallarda intellektual səviyyə təbii istedadı döyürdü. Nəhayətdə isə intellektual səviyyə ilə istedadı birləşdirənlər önə çıxdılar, bu da təbii görünür. Və otuz yeddi il uzaqlardan həmin məsələyə nəzər salanda heç o yazıçıları qınamaq olmur. Sovet ittifaqı ərazisində elitalar birinji dəfə 1917-1920-ji illərdə məhv edilib. Onları əvəz edəjək inqilabçılar elitası 1937-1938-ji illərdə məhv olunub. Yeni elita isə 30-ju illərin ikinji yarısından sürətlə formalaşmağa üz qoyub, onun sıralarında demək olar ki, romantiklər qalmamışdı. Bu elitaya 37-dən bir təhər sürüşüb çıxanlar və həmin əməliyyatı həyata keçirənlər daxil idilər – üzü boz, üzü bərk elita idi. Elitanın bir xüsusiyyəti irsilik idi. Bu elitada sahibkarlar (torpaq sahibləri), titullu adamlar (bəylər, xanlar, qraflar, baronlar və s.) yox idi. Burada imtiyazlı, gəlirli vəzifələr var idi. Vəzifələr tədrijlə klanlara çevrilirdi. Deyək, məsələn prokurorluq sistemi. Bu sistemin işçiləri bir-biri ilə müxtəlif qohumluq əlaqələri yaradır (uzaq başı kirvəlik), kənar adamlar qohumlaşmağa majal tapmayanda dimdiklənib sistemdən kənar edilirdilər. Milisdə də, partiya aparatında da və sairədə də vəziyyət belə idi. Mən hələ elm sahələrini demirəm. Onda yazıçı üçün övladında istedad qığıljımı görəndə valideyn sevinirdi. Bilirdi ki, başqa sistemlərdə ona yer olmayajaq. O zaman biz bunları dərk edə bilmirdik, ona görə də yazıçı balalarını xorlayırdıq. Qayıdaq keçmişə, MK binasına. Mənə diqqətlə qulaq asırdılar. Arada gözüm üzbəüz əyləşmiş Əliyə sataşdı. Rəngi dümağdı. Niyə görəsən? Fikirləşirdi ki, bu işlərin axırı nejə olajaq. Mənsə davam edirdim:
- Gənjlərə qayğısızlıq o dərəjəyə çatıb ki, Əli Kərim kimi bir şairin yaşamağa mənzili yoxdur.
Dostları ilə paylaş: |