Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası


Dövlət mülkiyyəti və onun növləri



Yüklə 333,43 Kb.
səhifə4/7
tarix10.05.2022
ölçüsü333,43 Kb.
#115788
1   2   3   4   5   6   7
İqtisadi Hüquq Məmmədov Hüseyn İ191 Sərbəst iş

Dövlət mülkiyyəti və onun növləri:


Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını - dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi

ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin, tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur. Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur.

İndi isə ölkəmizdə özəlləşmə tam sürətlə gedir, dövlət mülkiyyətində olan obyektlər hüquqi və fiziki şəxs olan xüsusi mülkiyyətçilərin əlinə keçir. Özəlləşdirməni aparan siyasətçilərin fikrincə isə özəlləşmə nəticəsində istehsal vasitələrinin istehsalçı işçilərlə birləşməsi baş verəcək, mülkiyyət özünün əsl məzmununu kəsb edəcəkdir.

Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət formalarının sağlam rəqabəti, hər birinin özünün həyat qabiliyyətini əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür.

Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Dövlət mülkiyyət hüququ dedikdə, dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə və sərəncam vermək hüququ başa düşülür. Başqa subyektiv hüquqlar kimi dövlət mülkiyyət hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin idarəçiliyi sahəsində konkret səlahiyyətləri xarakterizə edir. Dövlət mülkiyyətçisinin səlahiyyətləri həm mülki hüquqların vahid subyekti tərəfindən, həm də dövlət əmlakının bir hissəsinə malik olan dövlət hüquqi şəxsləri tərəfindən həyata keçirilir. Burada mülkiyyətçi ilə dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır.

Dövlət mülkiyyəti iqtisadi baxımdan ümumxalq mənimsəməsinin forması hesab edilir. İri əmlak mülkiyyətçisi kimi dövlət üçün bu əmlakın idarə edilməsi, ayrılıqda isə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və xitam edilməsi, onlar arasında müvafiq əmlakın bölüşdürülməsi və istifadəsi üzərində nəzarət çox vacibdir. Bir çox hallarda bu dövlət idarəçilik orqanları tərəfindən normativ aktların qəbul edilməsi ilə həyata keçirilir.Dövlət mülkiyyəti ümumdövriyyə xarakteri daşıyır. Dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir.


Yüklə 333,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin