Bundan başqa hemostaz sistemində fibrinoliz prosesi də iştirak edir. Fibrinoliz qanaxma dayandıqdan sonra damarların rekanalizasiyası üçün fibrin laxtasının aseptik şəraitdə lizisinə deyilir.
Zədələnmiş nahiyədən qan dövranına toxuma tromboplastini daxil olur. Toxuma tromboplastini VII faktorla əlaqəyə girərək, Ca++ ionlarının iştirakı ilə X faktora təsir edir və X faktoru aktiv formaya çevirir. Bu protrombokinazanın əsas tərkib hissəsini təşkil edir və protrombini trombinə çevirir.