Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət


Hər bir xəstə yaxud valideynlər bilməlidir



Yüklə 112,82 Kb.
səhifə9/16
tarix10.01.2022
ölçüsü112,82 Kb.
#107815
1   ...   5   6   7   8   9   10   11   12   ...   16
Hər bir xəstə yaxud valideynlər bilməlidir:

  1. Öncə xəstəyə faktor konsentratı köçürməli, sonra isə vəziyyət qiymətləndirilməlidir.

  2. Travmadan dərhal sonra və ya ilkin simptomlar zamanı faktorun səviyyəsini 40%-ə qədər qaldırmaq lazımdır. Əgər oynaqda qansızma daha iri miqyaslıdırsa, faktor səviyyəsini 60%-ə qədər qaldırmaq və hemofiliya müalicə mərkəzinə müraciət etmək lazımdır.

  3. Əgər simptomlar keçmirsə, şişkinlik və ya ağrı azalmırsa, bu zaman təkrari inyeksiyaya ehtiyac yaranır. Belə ki, hemofiliya A-da 12 saatdan bir, hemofiliya B-də isə 24 saatdan bir vena daxilinə faktor preparatı yeridilməlidir.

  4. Əgər ağrı azalarsa, dərhal oynaq immobilizə olunmalıdır. Oynaq sakit və hündürə qaldırılmış vəziyyətdə saxlanılır, buz qoyulur (hər 4 saatdan bir 20 dəqiqə müddətində).

  5. Simptomlar 3 gün ərzində keçmədikdə sınıq şübhəsi ilə ortopedə müraciət etmək lazımdır.

  6. Aspirin tərkibli preparatların tətbiq olunması əks göstərişdir.

Hemorragik əlamətlərin tezliyinə görə yumşaq toxumalara qansızmalar, hematomalar ikinci yeri tutur. Adətən hematomalar travmalar və inyeksiyalarla əlaqədar olaraq meydana çıxır.

Hematomalar dərialtı, əzələarası, peritonarxası və s. ola bilər. Peritonarxası hematoma kəskin ağrı və əzələ gərginliyi ilə müşayət olunur. O, sağ tərəfdə kəskin appendisiti imitasiya edir, digər hallarda böyrək ağrısına, xolelitiaz və ya kəskin pankreatitə oxşayır.

Çənə altı, boyun, əsnək, udlaq və divararalığında olan hematomalar boyun damarlarını, udlağı, yemək borusunu, yuxarı tənəffus yollarını sıxaraq, asfiksiya törədə bilər. Geniş sahəli və iri həcmli hematomalar üşütmə, qızdırma, anemiya, leykositoz, hipotoniya, EÇS-nin artması ilə müşayiət olunur.

Hematomanın sorulma dövründə subikteriya, qanda konyuqasiya olunmamış bilirubinin artması hesabına hiperbilirubinemiya qeyd edilir. Bəzən hematoma infeksiyalaşaraq irinləyə bilər, bu isə septiki vəziyyətin yaranmasına səbəb olur.




Yüklə 112,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin