76
nümunələr, natürmort üçün müxtəlf əşyalar, fərqli üsullarla praktik işlərin
mərhələlərini əks etdirən plakatlar, slaydlar və s.göstərmək olar.
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü vaxt bölgüsü
aparmaqdır. Müəllim, kursun ümumi təlim nəticələrinə məzmun etibarı ilə daha
müvafiq olan mövzu və məsələlərə çox, əhəmiyyəti olmayan quru faktların, az
əhəmiyyətli sənət üslublarının, terminlərin və ya adların öyrənilməsindən ibarət
olan mövzulara isə təbii ki, az vaxt ayırmalıdır. Təhsil nazirliyi tərəfindən təsdiq
olunmuş vaxtı artırıb-azaltmamaq şərti ilə müəllim mövzuların çətinlik
dərəcəsinə görə onlara verilən vaxtı özü müəyyənləşdirmə bacarığına da malik
olmalıdır.
Dostları ilə paylaş: