Müəllim üçün əlavə məlumat: (5 dəq) Nağılar hələ qədim zamanlarda yaranmışdı. Nağıl-reallıq və fantaziyalarla dolu
bir aləmdir, özündə insanların yaşayış tərzini, hisslərini, arzu və əməllərini əks
etdirir. Burada heyvanlar insan xarakterinin bəzi cəhətlərini özlərində əks
etdirirlər. Məsələn, tülkü-hiyləgərlik, boz qurd – axmaqlıq və acgözlük, qoyun-
ağılsızlıq, maral isə alicənablığı ilə fərqlənir( rəmzidir). Nağıllarda qeyri-adi
sehrli gücə malik olan qəribə varlıqlar –cinlər, cadugərlər, pərilər, divlər,
ifritələr, cırtdan adamlar iştirak edir. Onların bəziləri xeyirxah, bəziləri isə
qəddar və zalım olurlar. Nağıllar Xeyirin Şər üzərində qələbə çalmasına, nağıl
qəhrəmanlarının zalımlardan can qurtarmasına, arzularına çatmağa kömək edir.
Nəticədə hər kəs etdiyi yaxşı və pis əməlin cavabını alır.
Mətnlə yanaşı kitabın səhifələrində rəssamların çəkdiyi təsvirləri də görmək
olar. Belə rəsmlər kitabın nədən bəhs etdiyini bildirir və onlara illüstrassiyalar deyilir. İllustrasiyalarda kitab qəhrəmanlarını, hadisələrin harada baş verdiyini
görmək olar.
(“İllustratio” (lat.) - işıqlandırmaq, əyani təsvir deməkdir.)
_______________________________________________________________