Şəxsiyyətyönümlülük – Milli Kurikulumun hazırlanması zamanı nəzərə alınmış
didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurikulumların tərkibində
olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri şagird
şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan keyfiy-
yətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar
(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir.
Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar
deyil, milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin
(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin)
əldə edilməsidir.