Təhsildə qiymətləndirmə sistemi – beynəlxalq milli və məktəb səviyyələrində
aparılan qiymətləndirməni əhatə edir. Zəruri məzmunun (qiymətləndirmə stan-
dartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların müəyyənləşdiril-
məsi və onların reallaşdırılmasına aid prosedurları özündə birləşdirir.
Fəal (interaktiv) təlim – şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.