Tematik janr – mövzusu əsasən dini rəvayətlərdən, yaxud tarixi hadisələrdən,
məişət səhnələrindən götürülərək yaradılır.
Miniatür – keçmişdə əsasən, qədim əlyazmaların, dini süjet və obrazların
bəzədilməsində istifadə olunan, həcminin kiçikliyi ilə fərqlənən təsviri sənət
əsəridir.
İllüstrasiya – latın sözü olub, mövzunu tamamlayan və yaxud mənasını
aydınlaşdıran təsvirlərə deyilir.
Molbert – alman sözü olub “boya taxtası” deməkdir. Rəssamlıqda işlədilən
üçayaqlı, yaxud üfüqi özül üzərində bərkidilmiş şaquli dayaqan ibarət xüsusi
dəzgahdır.