Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Təsviri incəsənət fənni
şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri
bədii təsvir vasitələri ilə ifadə etmək bacarıqlarının mənimsədilməsi baxımından
mühüm əhəmiyyət kəsb edir. Ətraf aləmdə baş verən hadisələrin şagirdlərə bədii
təsvirlər (görüntülər, obrazlar) vasitəsi ilə əyani şəkildə çatdırılması onlarda
gerçəkliyi daha dərindən dərk etməyə şərait yaradır.
Təsviri sənət əsərləri cəmiyyətin mənzərəsini şagirdlərə daha dolğun və
obyektiv çatdırmaq imkanına malikdir. Təsviri incəsənətdə obyektiv və subyektiv
amillər şagirdə fərd-cəmiyyət münasibətlərini dərk edib qiymətləndirməyə kömək
7
edir. Vizual özünüifadə insanın mənəvi tələblərinin ödənilməsini, şəxsiyyətin
təbiətə və cəmiyyətə inteqrasiyasını təmin edir.
Təsviri fəaliyyət şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir,
onları ətraf mühiti dərk etməyə yönəldir, təbiətin və əşyaların formasını, rəngini və
materialını, onların vəhdətini, gözəlliyini hiss etməyə və bu hissiyyatı təsvirlərdə
əks etdirməyə imkan yaradır.
Şagird tərəfindən yaradılan təsviri görüntülər (obrazlar) həyat gerçəkliyinin
daha dolğun və obyektiv şəkildə dərk olunmasını, onun şəxsi ideyalar, hisslər və
təxəyyül prizmasından keçirilməsini təmin edir.
Təsvir etmək insanın görmə yaddaşını, mühit və məkan duyumunu, obrazlı
təsəvvür qabiliyyətini inkişaf etdirir. Təsviri fəaliyyət şagirdləri məkan və forma
ölçülərini hiss etməyə, obrazlı və məntiqi düşünməyə, bu düşüncələri vizual
obrazlarda əks etdirməyə istiqamətləndirir.
Təsviri incəsənət fənni şagirdlərdə Azərbaycan və dünya incəsənətinin
klassik nümayəndələri və nadir sənət nümunələri haqqında təsəvvür yaratmaqla
uşaqların məlumat dairəsini genişləndirir, onların mənəvi aləmini daha da
zənginləşdirir. Bu fənn vasitəsilə formalaşdırılan və inkişaf etdirilən obrazlı
təfəkkür bacarıqları digər fənlərin müvafiq mövzuların mükəmməl mənimsənil-
məsinə də zəmin yaradır.
Təsviri incəsənət fənninin məqsədi estetik dünyagörüşlü, zəngin mənəviy-
yata, bədii zövqə və yaradıcı təxəyyülə malik, milli və ümumbəşəri dəyərlərə
hörmətlə yanaşan, incəsənət əsərlərini duyub qiymətləndirən, obrazlı və simvolik
düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir.
“Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyasi (Milli
Kurikulumu)” çərçivə sənədinə uyğun olaraq, ümumtəhsil məktəblərində təsviri
incəsənət fənninin vəzifələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
İbtidai təhsil səviyyəsində:
Şagirdləri təsviri sənət növlərinin forma, janr, üslub və ifadə vasitələri,
incəsənət tarixi haqqında ümumi məlumatlarla tanış etmək, onların
8
yaradıcı-estetik fəaliyyətlə bağlı ən sadə və ilkin bacarıqlara yiyələn-
mələrini təmin etmək.
Şagirdlərdə bədii zövq, estetik mədəniyyət, rəng, forma və məkan his-
siyyatı, vizual yaddaş, milli təsviri və dekorativ sənət növlərinə məhəb-
bət, ümumbəşəri incəsənət nümunələrinə, habelə bədii yaradıcılığa meyil
və maraq formalaşdırmaq.
Şagirdlərdə mücərrəd və məntiqi təfəkkür, əməksevərlik bacarıqları
formalaşdırmaq.
Dostları ilə paylaş: |